https://sputnik.az/20211013/putin-xususi-xidmet-orqanlari-rehberlerile-gorusde-esas-tehluke-qaynagini-aciqladi--434184969.html
Putin xüsusi xidmət orqanları rəhbərlərilə görüşdə əsas təhlükə qaynağını açıqladı
Putin xüsusi xidmət orqanları rəhbərlərilə görüşdə əsas təhlükə qaynağını açıqladı
Sputnik Azərbaycan
Rusiya lideri qeyd edib ki, dünyadakı vəziyyəti dəqiq izləyərək risk və çağırışları analiz etmək, onlara adekvat reaksiya göstərmək lazımdır. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T23:16+0400
2021-10-13T23:16+0400
2021-10-13T23:16+0400
rusiya
rusiya federasiyası
mdb
xüsusi xidmət
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434173059_0:358:3004:2048_1920x0_80_0_0_1f6041e77ff55929245d9df4ba7e96ed.jpg
Terrorçular aktiv surətdə Əfqanıstana axışırlarDünyada vəziyyətBAKI, 13 oktyabr - Sputnik. MDB ölkələrinin xüsusi xidmət orqanları üçün qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq vacibdir, Əfqanıstan ərazisindən potensial təhlükələrin neytrallaşdırılması isə xüsusi əhəmiyyət kəsb edir.Sputnik Azərbaycan bildirir ki, bunu çərşənbə günü, oktyabrın 13-də Moskvada iclasa toplaşan MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib. "Əlbəttə, bütün bunlar bizi ciddi narahat edir. Bu bizim ümumi təhlükəsizlik məkanımızdır. Bizim sərhədlərimiz şəffafdır, MDB ölkələrində baş verənlərə də laqeyd deyilik. Ona görə də ən yüksək, dövlət səviyyəsində daim bununla məşğul olacağıq", - Əfqanıstanla sərhəd zonadakı vəziyyətdən danışarkən Rusiya lideri qeyd edib.Onun sözlərinə görə, bu cür əməkdaşlıq həmçinin Müdafiə Nazirliyinin xətti ilə, özü də tək informasiya sahəsində deyil, eləcə də silah və texnika tədarükü, kadr hazırlığı sahəsində də aparılır. Putin vurğulayıb ki, MDB məkanında təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən xüsusi xidmətlərin işindən çox şey asılıdır. "Hamımız sizdən səmərəli iş gözləyir, sizə və əməkdaşlarınıza ümid edirik", - prezident deyib."Ölkələrinizin və hökumətlərinizin başçılarına salamlarımı və ən yaxşı arzularımı çatdırın", - Putin əlavə edib.Dünyada vəziyyətRusiya lideri həmçinin qeyd edib ki, dünyadakı vəziyyəti dəqiq izləyərək risk və çağırışları analiz etmək, onlara adekvat reaksiya göstərmək lazımdır."Əvvəllər olduğu kimi, sizin qurumlar yenə də hazırkı situasiyanı diqqətlə izləməlidirlər. İstənilən risk və çağırışları. Hərtərəfli analiz etmək, onların bizim ümumi regionumuza necə təsir edəcəyini, beynəlxalq siyasi, iqtisadi, humanitar sahələr üçün hansı nəticələrə səbəb olacağını hesablamaq və müvafiq olaraq adekvat reaksiya göstərmək lazımdır", - Putin deyib. Terrorçular aktiv surətdə Əfqanıstana axışırlarRusiya lideri qeyd edib ki, İraq və Suriyadan olan terrorçular Əfqanıstana toplaşmağa başlayıblar və onlar MDB ölkələrində vəziyyəti pozmağa cəhd edə bilərlər.O vurğulayıb ki, bu hətta birbaşa ekspansiya həddinə də çata bilər."Bu baxımdan Əfqanıstanla sərhəddə daim monitorinq keçirmək və terrorçulara qarşı müqavimət göstərməyə hazır olmaq lazımdır, bunun üçün isə güc strukturlarının işini koordinasiya etmək, lazım gələrsə, birgə əməliyyatlar keçirmək gərəkdir", - Putin əlavə edib. Rusiya dövlət başçısı Amerika qoşunlarının çıxarılmasından sonra Əıfqanıstandakı vəziyyətin qəliz olduğunu, İŞİD üzvlərinin fəaliyyətinin isə onu daha da pisləşdirdiyini bildirib. O qeyd edib ki, Mərkəzi Asiya, Qafqaz və digər regionlar üçün yaranan pootensial təhlükələr KTMT və ŞƏT sammitlərində bu ilin sentyabrında müzakirə olunub. "Bu mövzunu, əlbəttə ki, qarşıdakı MDB sammitində də müzakirə edəcəyik", - o deyib.
https://sputnik.az/20211005/efqanistandan-qosunlar-cixarilandan-sonra-dunyada-tehlukesizlik-seviyyesi-asagi-enib--433896571.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434173059_390:315:2700:2048_1920x0_80_0_0_275ddf61de77f6e2a6263c13630e0dd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya federasiyası, mdb, xüsusi xidmət, rusiya prezidenti vladimir putin
rusiya federasiyası, mdb, xüsusi xidmət, rusiya prezidenti vladimir putin
Putin xüsusi xidmət orqanları rəhbərlərilə görüşdə əsas təhlükə qaynağını açıqladı
Rusiya lideri qeyd edib ki, dünyadakı vəziyyəti dəqiq izləyərək risk və çağırışları analiz etmək, onlara adekvat reaksiya göstərmək lazımdır.
Terrorçular aktiv surətdə Əfqanıstana axışırlarDünyada vəziyyətBAKI, 13 oktyabr - Sputnik. MDB ölkələrinin xüsusi xidmət orqanları üçün qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq vacibdir, Əfqanıstan ərazisindən potensial təhlükələrin neytrallaşdırılması isə xüsusi əhəmiyyət kəsb edir.
Sputnik Azərbaycan bildirir ki, bunu çərşənbə günü, oktyabrın 13-də Moskvada iclasa toplaşan MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşündə Rusiya Prezidenti
Vladimir Putin deyib.
"İrəli getmək, bütün əsas istiqamətlərdə qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq lazımdır. MDB-nin təhlükəsizliyinin təmini üçün Əfqanıstan ərazisindən potensial təhlükələrin neytrallaşdırılması xüsusilə vacibdir. Hamımız yaxşı anlayırıq ki, bu ölkədə baş verən hadisələr Mərkəzi Asiya, Qafqaz və digər regionlara necə ciddi təsir göstərə bilər", - Putin bildirib.
"Əlbəttə, bütün bunlar bizi ciddi narahat edir. Bu bizim ümumi təhlükəsizlik məkanımızdır. Bizim sərhədlərimiz şəffafdır, MDB ölkələrində baş verənlərə də laqeyd deyilik. Ona görə də ən yüksək, dövlət səviyyəsində daim bununla məşğul olacağıq", - Əfqanıstanla sərhəd zonadakı vəziyyətdən danışarkən Rusiya lideri qeyd edib.
Onun sözlərinə görə, bu cür əməkdaşlıq həmçinin Müdafiə Nazirliyinin xətti ilə, özü də tək informasiya sahəsində deyil, eləcə də silah və texnika tədarükü, kadr hazırlığı sahəsində də aparılır. Putin vurğulayıb ki, MDB məkanında təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən xüsusi xidmətlərin işindən çox şey asılıdır.
"Hamımız sizdən səmərəli iş gözləyir, sizə və əməkdaşlarınıza ümid edirik", - prezident deyib.
"Ölkələrinizin və hökumətlərinizin başçılarına salamlarımı və ən yaxşı arzularımı çatdırın", - Putin əlavə edib.
Rusiya lideri həmçinin qeyd edib ki, dünyadakı vəziyyəti dəqiq izləyərək risk və çağırışları analiz etmək, onlara adekvat reaksiya göstərmək lazımdır.
"Əvvəllər olduğu kimi, sizin qurumlar yenə də hazırkı situasiyanı diqqətlə izləməlidirlər. İstənilən risk və çağırışları. Hərtərəfli analiz etmək, onların bizim ümumi regionumuza necə təsir edəcəyini, beynəlxalq siyasi, iqtisadi, humanitar sahələr üçün hansı nəticələrə səbəb olacağını hesablamaq və müvafiq olaraq adekvat reaksiya göstərmək lazımdır", - Putin deyib.
Terrorçular aktiv surətdə Əfqanıstana axışırlar
Rusiya lideri qeyd edib ki, İraq və Suriyadan olan terrorçular Əfqanıstana toplaşmağa başlayıblar və onlar MDB ölkələrində vəziyyəti pozmağa cəhd edə bilərlər.
O vurğulayıb ki, bu hətta birbaşa ekspansiya həddinə də çata bilər.
"Bu baxımdan Əfqanıstanla sərhəddə daim monitorinq keçirmək və terrorçulara qarşı müqavimət göstərməyə hazır olmaq lazımdır, bunun üçün isə güc strukturlarının işini koordinasiya etmək, lazım gələrsə, birgə əməliyyatlar keçirmək gərəkdir", - Putin əlavə edib.
Rusiya dövlət başçısı Amerika qoşunlarının çıxarılmasından sonra Əıfqanıstandakı vəziyyətin qəliz olduğunu, İŞİD üzvlərinin fəaliyyətinin isə onu daha da pisləşdirdiyini bildirib.
O qeyd edib ki, Mərkəzi Asiya, Qafqaz və digər regionlar üçün yaranan pootensial təhlükələr KTMT və ŞƏT sammitlərində bu ilin sentyabrında müzakirə olunub.
"Bu mövzunu, əlbəttə ki, qarşıdakı MDB sammitində də müzakirə edəcəyik", - o deyib.