SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov və Sergey Lavrov üçtərəfli bəyanatın tam icrasını müzakirə ediblər

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Sergey Lavrov
Ceyhun Bayramov və Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 14 oktyabr — Sputnik. Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Bu barədə Sputnik Azərbaycan Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirə ediblər.
Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0