Bərdədə şagirdlər dəhşət yaşadılar: "Bina hissə-hissə uçurdu..."
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Bərdədə uzun müddətdir gözlənilsə də, qarşısı alınmayan hadisə baş verib - 1990-cı ildə istifadəyə verilmiş Mehdili kənd tam orta məktəbi uçub. Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisə yerində olub.
BAKI, 7 oktyabr — Sputnik. “Saat 12-yə 15 dəqiqə qalmış qəflətən uçqun oldu. Xoşbəxtlikdən, xəsarət alan olmadı. Uşaqlara əvvəlcədən xəbərdarlıq edilmişdi ki, bina hər zaman uça bilər”.
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Bu sözləri Sputnik Azərbaycan-a Mehdili kənd tam orta məktəbinin direktoru Niyazi Kazımov deyib. Təhsil ocağı tam yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da məktəbdə böyük həyəcan yaşanıb, dərslər dayandırılıb. Direktor bildirib ki, artıq müvafiq qurumun nümayəndələri əraziyə baxış keçiriblər. Bina ilə bağlı yaxın günlərdə tədbir görüləcək.
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
“Təhsil Nazirliyinin də məlumatı var. Rayon icra hakimiyyətinə də məlumat verilib. Ötən gün hər iki qurumun nümayəndələri burada olublar. Yeni məktəbin tikintisi üçün yerə baxış da keçiriblər. Tez bir zamanda bizə köməklik göstərəcəklər”.
© Sputnik / Emin AlisahibNiyazi Kazımov məktəbin direktoru
Niyazi Kazımov məktəbin direktoru
© Sputnik / Emin Alisahib
Həmsöhbət olduğumuz valideynlərin sözlərinə görə, bina uzun illər təmir edilməyib. Fərrux Sadıqov deyir ki, binanın uçacağını hələ 2014-cü ildən gözləyirmişlər.
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
“Bina hissə-hissə uçurdu. Birinci dəfə 2014-cü ildə məktəbin bir qismi uçdu. Məktəbin işçiləri divarı bərpa etmək istəsələr də, alınmadı. Dünən isə məktəbin öncə suvağı, küncü, sonra idman zalının önü uçdu".
© Sputnik / Emin AlisahibQurban Mamedov kənd sakini
Qurban Mamedov kənd sakini
© Sputnik / Emin Alisahib
Sakinlərin sözlərinə görə, vaxtilə məktəbin inşasında keyfiyyətsiz tikinti materiallarından istifadə edilib. Elə bu səbəbdən bina zaman keçdikcə müxtəlif yerlərdən çat verib. Digər tərəfdən, istismar müddətinin başa çatması fəsadla nəticələnib. Kənd sakini Qurban Məmmədov deyir ki, hadisə baş verən vaxt ərazidə olub: "Dünən hadisə baş verəndə burada uşaqların qışqırıb ağlamağını görsəydiniz, dəhşətə gələrdiniz. Mənim övladım da, qohum-əqrəbamın uşaqları da bu məktəbdə təhsil alırlar. Xahiş edirəm, bu məktəbə bir əlac etsinlər".
© Sputnik / Emin AlisahibSadıxov Fərrux kənd sakini
Sadıxov Fərrux kənd sakini
© Sputnik / Emin Alisahib
İndi iki yüz nəfərə yaxın şagird onlar üçün yeni məktəb binasının inşa olunacağı günü gözləyir. Məsələylə bağlı Bərdə rayon Təhsil Şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gələn il Mehdilidə 360 yerlik məktəb binasının tikintisinə başlanacaq. Hazırda məktəbsiz qalan şagirdlərin təhsilini davam etdirmələri üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq. TŞ-dən əmin ediblər ki, vəziyyət qurumun nəzarətindədir.
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Qeyd edək ki, 1990-cı ildən fəaliyyətə başlayan məktəbdə hazırda 31 müəllim, 11 texniki işçi işləyir.