https://sputnik.az/20211015/deputat-cbari-tibbi-sigorta-agentliyinin-isi-ile-bagli-arasdirma-teleb-edir-434244712.html
Deputatin işinin araşdırılmasını tələb etdiyi İcbari Tibbi Sığorta Agentliyindən reaksiya
Deputatin işinin araşdırılmasını tələb etdiyi İcbari Tibbi Sığorta Agentliyindən reaksiya
Sputnik Azərbaycan
Milli Məclisin deputatı Rüfət Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini tənqid edib. 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T17:07+0400
2021-10-15T17:07+0400
2021-10-15T17:07+0400
icbari tibbi sığorta
səhiyyə
araşdırma
deputat
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189110_0:44:2000:1169_1920x0_80_0_0_340da7a39cbb8cce0712519f5356b849.jpg
BAKI, 15 oktyabr — Sputnik. Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Məclisin deputatı Rüfət Quliyevin qurum haqqında səsləndirdiyi ittihamlara cavab verib. Agentlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "Milli Məclisin deputatı Rüfət Quliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciəti ilə bağlı nəzərinizə çatdırırıq ki, Agentliyin rəhbərliyinin tapşırığına əsasən, şəxsin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlanılıb. Xəstə mərkəzdə 08-12.09.2021-ci il tarixləri ərzində müalicə alıb. Qeyd edək ki, şəxsin diaqnozu “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlana bilməz. Bildirək ki, vətəndaşın diaqnozu icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bu səbəbdən vətəndaşın müalicəsi öz vəsaiti hesabına həyata keçirilib. Vətəndaş daha sonra vəziyyəti ilə bağlı Bakı Sağlamlıq Mərkəzində kompüter tomoqrafiyası (KT) olunub. Nəticədə vətəndaşda koronavirus infeksiyası nəticəsində yaranan “Ağciyər pnevmoniyası” aşkarlanıb. Qeyd edək ki, vətəndaş koronavirus infeksiyası ilə bağlı müalicəsi məqsədilə Yeni Klinikaya yerləşdirilib. 13-28 sentyabr tarixlərində Yeni Klinikada dövlət büdcəsinin vəsaiti hesabına müalicə olunub. Məlumat üçün bildirək ki, Milli Məclisin deputatı Rüfət Quliyevin vətəndaşın icbari tibbi sığorta çərçivəsində müalicəsi ilə bağlı məktubu isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 oktyabr 2021-ci il tarixində daxil olub. Əlavə olaraq bildirək ki, 1 aprel tarixindən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşlar Xidmətlər Zərfindən istifadə edə bilirlər. Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Cari ilin yanvar-sentyabr ayları ərzində bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara icbari tibbi sığorta çərçivəsində 15 793 776 tibbi xidmət göstərilib".----------14:39İcbari tibbi sığorta ilə bağlı narazılıqlar var.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.Deputat bildirib ki, qaraciyərində problem olan şəxs ona müraciət edib. "Digər tərəfdən, 103 xidmətində də problemlər var. Bunlar çatdıra bilmirlər. 103 xidmətinin 129 ekipajı var. Koronavirusla əlaqədar ümumiyyətlə, 103 xidməti çatdıra bilmir. Koronavirusla bağlı başqa "Qaynar xətt" yaradılsın və bu çağırışlar başqa xidmətə verilsin", - deyə o qeyd edib.Eləcə də oxuyun: * İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq* "Antibiotiklərin reseptsiz satışının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək"* Azərbaycanda elektron resept sistemi tətbiq ediləcək* İcbari tibbi sığorta ilə bağlı xidmət göstərən özəl klinikaların sayı artıb* İcbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlərin tarifləri təsdiq ediləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189110_227:0:2000:1330_1920x0_80_0_0_0c19362eb361897fa15a87e5422598ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
icbari tibbi sığorta, araşdırma, deputat, milli məclis
icbari tibbi sığorta, araşdırma, deputat, milli məclis
Deputatin işinin araşdırılmasını tələb etdiyi İcbari Tibbi Sığorta Agentliyindən reaksiya
Milli Məclisin deputatı Rüfət Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini tənqid edib.
BAKI, 15 oktyabr — Sputnik. Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Məclisin deputatı Rüfət Quliyevin qurum haqqında səsləndirdiyi ittihamlara cavab verib.
Agentlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "Milli Məclisin deputatı Rüfət Quliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciəti ilə bağlı nəzərinizə çatdırırıq ki, Agentliyin rəhbərliyinin tapşırığına əsasən, şəxsin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlanılıb. Xəstə mərkəzdə 08-12.09.2021-ci il tarixləri ərzində müalicə alıb.
Qeyd edək ki, şəxsin diaqnozu “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlana bilməz. Bildirək ki, vətəndaşın diaqnozu icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bu səbəbdən vətəndaşın müalicəsi öz vəsaiti hesabına həyata keçirilib.
Vətəndaş daha sonra vəziyyəti ilə bağlı Bakı Sağlamlıq Mərkəzində kompüter tomoqrafiyası (KT) olunub. Nəticədə vətəndaşda koronavirus infeksiyası nəticəsində yaranan “Ağciyər pnevmoniyası” aşkarlanıb. Qeyd edək ki, vətəndaş koronavirus infeksiyası ilə bağlı müalicəsi məqsədilə Yeni Klinikaya yerləşdirilib. 13-28 sentyabr tarixlərində Yeni Klinikada dövlət büdcəsinin vəsaiti hesabına müalicə olunub.
Məlumat üçün bildirək ki, Milli Məclisin deputatı Rüfət Quliyevin vətəndaşın icbari tibbi sığorta çərçivəsində müalicəsi ilə bağlı məktubu isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 oktyabr 2021-ci il tarixində daxil olub. Əlavə olaraq bildirək ki, 1 aprel tarixindən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşlar Xidmətlər Zərfindən istifadə edə bilirlər. Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Cari ilin yanvar-sentyabr ayları ərzində bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara icbari tibbi sığorta çərçivəsində 15 793 776 tibbi xidmət göstərilib".
İcbari tibbi sığorta ilə bağlı narazılıqlar var.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat
Rüfət Quliyev deyib.
Deputat bildirib ki, qaraciyərində problem olan şəxs ona müraciət edib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə bu məsələ barədə telefonla danışdım, xanıma kömək edilməsini xahiş etdim. Qurum rəhbəri mənə söz versə də, heç bir reaksiya olmadı. Məcbur olub, deputat sorğusu göndərdim. Sorğuma iki ay sonra cavab gəldi. Əfsuslar olsun ki, həmin insan 2 gün öncə dünyasını dəyişdi. Necə ola bilər ki, 2 ay yarıma bu qurum insanlara kömək edə bilməsin? Mənə aydın oldu ki, bu sahədə kifayət qədər problem var".
"Digər tərəfdən, 103 xidmətində də problemlər var. Bunlar çatdıra bilmirlər. 103 xidmətinin 129 ekipajı var. Koronavirusla əlaqədar ümumiyyətlə, 103 xidməti çatdıra bilmir. Koronavirusla bağlı başqa "Qaynar xətt" yaradılsın və bu çağırışlar başqa xidmətə verilsin", - deyə o qeyd edib.
*
"Antibiotiklərin reseptsiz satışının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək"
* Azərbaycanda
elektron resept sistemi tətbiq ediləcək