https://sputnik.az/20211007/cbari-tibbi-sigorta-ile-bagli-xidmet-gosteren-ozel-klinikalarin-sayi-artib-433982359.html
İcbari tibbi sığorta ilə bağlı xidmət göstərən özəl klinikaların sayı artıb
İcbari tibbi sığorta ilə bağlı xidmət göstərən özəl klinikaların sayı artıb
Sputnik Azərbaycan
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş... 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T15:47+0400
2021-10-07T15:47+0400
2021-10-07T15:59+0400
icbari tibbi sığorta
səhiyyə
klinika
təbib
https://cdnn1.img.sputnik.az/img/42322/56/423225690_0:0:3077:1731_1920x0_80_0_0_03573bda2d0c8c77d79f621b123b50fc.jpg
BAKI, 7 oktyabr — Sputnik. Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib.Sputnik Azərbaycan müqaviləli tibb müəssisələrinin siyahısını təqdim edir:1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs2. Mərkəzi Klinik Xəstəxana3. Caspian International Hospital4. Respublika Diaqnostika Mərkəzi5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi6. Gəncə Beynəlxalq Xəstəxanası7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası8. Mərkəzi Neftçilər Xəstəxanası9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi10. EGE Hospital11. Sumqayıt Hospital12. Avrasiya Hospital13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi14. Leyla Medical Center15. Badam Medical Center16. Lor Hospital17. Məlhəm Beynəlxalq Hospital18. "OKİ" Özəl Tibbi Müalicəxanası19. "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir.Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42322/56/423225690_0:0:2729:2047_1920x0_80_0_0_601974735d60630411b9f7cbaeb50ee8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
icbari tibbi sığorta, klinika, təbib
icbari tibbi sığorta, klinika, təbib
İcbari tibbi sığorta ilə bağlı xidmət göstərən özəl klinikaların sayı artıb
15:47 07.10.2021 (Yenilənib: 15:59 07.10.2021) TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
BAKI, 7 oktyabr — Sputnik. Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib.
Sputnik Azərbaycan müqaviləli tibb müəssisələrinin siyahısını təqdim edir:
1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Mərkəzi Neftçilər Xəstəxanası
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
17. Məlhəm Beynəlxalq Hospital
18. "OKİ" Özəl Tibbi Müalicəxanası
19. "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.