Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda elektron resept sistemi tətbiq ediləcək

© Sputnik / Murad OrujovƏmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti portalına baxan adam, arxiv şəkli
Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti portalına baxan adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır. Milli Məclisdə koronavirus ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya ilə bağlı dinləmə keçirilib.
BAKI, 7 oktyabr — Sputnik. Cümə axşamı, oktyabrın 7-də Milli Məclisdə Səhiyyə komitəsinin təşkilatçılığı ilə "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə" dinləmə keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq Azərbaycan parlamentində dinləmələrin keçirilməsinin artıq bir ənənə halı aldığını qeyd edib.
Dinləmələrdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Kamilə Əliyeva, İlham Məmmədov, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər.
Deputatlar Azərbaycanda koronavirusla mübarizə tədbirlərini yüksək dəyərləndiriblər, vaksinasiya səviyyəsinə görə MDB-də lider olmağımızı təqdir ediblər, COVID-19 pandemiyasının mövcud durumu və gələcək vəziyyəti ilə bağlı onları və seçicilərini narahat edən sualları səsləndiriblər.
Deputatlar vaksinlərin keyfiyyət göstəriciləri, vaksinləşmənin növbəti mərhələləri, səhiyyənin müvafiq sahəsində mütəxəssis, infrastruktur təminatı, avadanlıqlarla, test və laboratoriyalarla təchizat, klinik protokolların və digər müvafiq standartların yenilənməsi kimi məsələlərlə bağlı mövcud vəziyyət və görüləcək işlərlə maraqlanıblar. Millət vəkilləri həmçinin koronavirus xəstələrinə ambulator xidmətin təşkili, onların xəstəxanaya yatırılması qaydası, evdə müalicə alanların dərmanlarla təminatı, uşaqların vaksinasiyası kimi məsələlərlə bağlı fikirlərini ifadə ediblər.
Dinləmələrə dəvət olunan Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər barədə məlumat veriblər, deputatların suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər. Bildirilib ki, koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır, elektron resept sisteminin tətbiqi planlaşdırılır.
Fikir mübadiləsi şəraitində keçən tədbirdə dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
0