Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sumqayıtda şagirdin ölümü iki nazirliyi hərəkətə keçirdi: "Vaksin vurdurun"

© AFP 2024 / PHILIPPE DESMAZESВакцинация подростка от коронавируса, фото из архива
Вакцинация подростка от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.
BAKI, 13 oktyabr — Sputnik. "Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.
Медицинский работник получает дозу вакцины Pfizer от COVID-19 - Sputnik Azərbaycan, 1920, 13.10.2021
CƏMİYYƏT
Azərbaycanda məktəbli koronavirusdan vəfat edib
Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngnəfəslik əlamətləri müşahidə olunub: "İlkin diaqnoz "kəskin bronxit, bronxospazm" təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib".
"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib", - məlumatda vurğulanıb.
Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Eləcə də oxuyun:
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Azərbaycanda əhalinin 5 milyondan çoxu vaksinasiyadan keçib
* Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi
* Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi
Xəbər lenti
0