https://sputnik.az/20211012/azerbaycanda-ehali-covid-19-vaksinlerini-memnuniyyetle-qebul-edir---sn-resmisi-434138101.html
Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi
Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi
Sputnik Azərbaycan
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir. 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T17:48+0400
2021-10-12T17:48+0400
2021-10-12T17:36+0400
covid-19
səhiyyə
peyvənd
yeni tip koronavirus pandemiyası
azərbaycanda koronavirus: son xəbərlər
koronavirus
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
covid-19 pasportu
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427406680_0:0:3068:1727_1920x0_80_0_0_93b1f69bd5420a3b91ef798d181ba84b.jpg
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, əhali istifadə olunan vaksinlər üçün hazırdır və onları məmnuniyyətlə qəbul edir. V.Qasımov saxta COVID-19 pasportu ilə bağlı məsələyə də münasibət bildirib.O deyib ki, bu məsələ ilə bağlı hərtərəfli mübarizə aparılmalıdır: “Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var ki, buna yol verirlər. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin”.V.Qasımov 3-cü doza (buster) vaksinlə bağlı danışaraq deyib ki, bu gücləndirici peyvənddir və onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb.Nazirlik rəsmisinin sözlərinə görə, 3-cü dozanı vurdurduqdan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.Eləcə də oxuyun:* Azərbaycanda koronavirus: yoluxanların sayı bir sutkada iki dəfə artdı* Koronavirusa yoluxanların yalnız 30 fazinin psixikası bərpa olunur* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb* ÜST: koronavirusla mübarizədə yolun 60%-i qət olunub* COVID-19-un yaranma nəzəriyyəsi: 2012-də...* COVID-19-a görə müavinət hansı halda ödənilir?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427406680_218:0:2949:2048_1920x0_80_0_0_b0bff28adbe9ebc720cf87f29858389b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19, peyvənd, yeni tip koronavirus pandemiyası, azərbaycanda koronavirus: son xəbərlər, koronavirus, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, covid-19 pasportu
covid-19, peyvənd, yeni tip koronavirus pandemiyası, azərbaycanda koronavirus: son xəbərlər, koronavirus, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, covid-19 pasportu
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, əhali istifadə olunan vaksinlər üçün hazırdır və onları məmnuniyyətlə qəbul edir. V.Qasımov saxta COVID-19 pasportu ilə bağlı məsələyə də münasibət bildirib.
O deyib ki, bu məsələ ilə bağlı hərtərəfli mübarizə aparılmalıdır: “Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var ki, buna yol verirlər. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin”.
V.Qasımov 3-cü doza (buster) vaksinlə bağlı danışaraq deyib ki, bu gücləndirici peyvənddir və onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb.
Nazirlik rəsmisinin sözlərinə görə, 3-cü dozanı vurdurduqdan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.
* Koronavirusa yoluxanların
yalnız 30 fazinin psixikası bərpa olunur
* Bakıda koronavirusa görə daha bir sinif
distant təhsilə keçib
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları
3-cü doza peyvəndlənməyə çağırıb
* ÜST:
koronavirusla mübarizədə yolun 60%-i qət olunub
*
COVID-19-a görə müavinət hansı halda ödənilir?