https://sputnik.az/20211013/azerbaycanda-mektebli-koronavirusdan-vefat-edib-434155367.html
Azərbaycanda məktəbli koronavirusdan vəfat edib
Azərbaycanda məktəbli koronavirusdan vəfat edib
Sputnik Azərbaycan
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T11:09+0400
2021-10-13T11:09+0400
2021-10-13T11:09+0400
cəmiyyət
ölüm
məktəbli
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433981308_0:320:3072:2048_1920x0_80_0_0_c42af0e201540e6b710b07a4d8525b75.jpg
BAKI, 13 oktyabr — Sputnik. Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.Sputnik Azərbaycan-a APA-ya istinadən xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K.Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.Məktəbdən APA-ya verilən açıqlamada K.Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.Bildirilib ki, K.Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433981308_341:0:3072:2048_1920x0_80_0_0_88a807d52006ad7c36011afb87aa9ac1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ölüm, məktəbli, koronavirus, covid-19
ölüm, məktəbli, koronavirus, covid-19
Azərbaycanda məktəbli koronavirusdan vəfat edib
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib.
BAKI, 13 oktyabr — Sputnik. Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
Sputnik Azərbaycan-a APA-ya istinadən xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K.Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
Məktəbdən APA-ya verilən açıqlamada K.Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.
Bildirilib ki, K.Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib".