https://sputnik.az/20211013/iranin-yaxin-serqi-qafqaza-getirmek-niyyeti-onu-33-formatindan-kenarda-qoya-biler-434174110.html
İranın Yaxın Şərqi Qafqaza gətirmək niyyəti onu "3+3" formatından kənarda qoya bilər
İranın Yaxın Şərqi Qafqaza gətirmək niyyəti onu "3+3" formatından kənarda qoya bilər
Sputnik Azərbaycan
Politoloqun fikrincə, İranın İsraillə problemi varsa, o problemin həlli Yaxın Şərqdədir, Qafqazda deyil. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T18:07+0400
2021-10-13T18:07+0400
2021-10-13T18:07+0400
tehran
siyasət
şərh
yaxın şərq
iran
siyasət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42015/08/420150882_0:0:3231:1817_1920x0_80_0_0_f011537e1ca8c0a789d052cd523a8aad.jpg
BAKI, 13 oktyabr — Sputnik. Son həftələr ərzində Azərbaycanla İran arasındakı münasibətlərdəki gərginlik, bu vəziyyətin ikitərəfli əlaqələrə və regional proseslərə təsiri ilə bağlı "Atlas" Analitika Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun və Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynovun iştirakıyla Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib."Atlas" Analitika Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan bütün qonşularla normal münasibətlərin tərəfdarıdır. Politoloq vurğulayıb ki, Azərbaycanın yeganə problemi Ermənistanla idi və bu problem də böyük ölçüdə həllini tapıb: "Müşahidələr də göstərir ki, Ermənistan tərəfi postmüharibə dövründə Azərbaycanın təkliflərinə maraq göstərir. Bu dediklərim Rusiyanın da maraqlarına uyğundur. Rusiya da istəyir ki, Azərbaycan-Ermənistan arasında sülh olsun"."Bizim İranla hər hansı problemimiz yox idi", - deyən E.Şahinoğlu qeyd edib ki, İran isə Azərbaycanın daxili işlərinə qarışmağa başlayıb.Politoloqun fikrincə, ölkələr bir-birinin daxili işlərinə qarışmayacaqları ilə bağlı sənəd imzalamalıdır. O qeyd edib ki, iki ölkənin də qoşulduğu müxtəlif layihələr var və Azərbaycan bu layihələrin inkişaf etdirilməsinə maraq göstərdiyi halda İran məsələni hərbi-siyasi müstəviyə keçirməyi üstün tutur.İki ölkə münasibətlərindəki gərgin vəziyyətin "3 + 3" danışıqlar formatına təsirlərinə də toxunan politoloq bildirib ki, ideyası Türkiyə prezidentinə məxsus olan bu platforma bütün bölgə dövlətlərinin xeyrinədir: "Biz bölgədə sülhün təmin olunması ilə qurulacaq əməkdaşlıqlara olan münasibətimizi açıq ifadə etmişik. Dörd ölkə - Azərbaycan, Türkiyə, Rusiya və İran altılıq formatına müsbət münasibətini ifadə edib. Hətta bu günlərdə Gürcüstan bu proseslərdən kənarda qalmaq istəmədiyini bildirdi. Bu məsələdə Ermənistanı da razı salmaq olar".Elxan Şahinoğlu deyib ki, İranın bu cür davranışları "3+3" formatının da işini sual altına salır: "İran anlamalıdır ki, o, Qərbin sanksiyaları altında mühasirədədir. Ona görə İran siyasi ritorikasını dəyişməlidir. Amma dəyişməsə, 6-lıq platformasından kənarda qalacaq. Bizim üçün əsas olan milli və təhlükəsizlik maraqlarımızdır".Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov isə bildirib ki, xülyalarla yaşayan xalqların sonu faciəvi olur. Biz bunu Ermənistanın timsalında gördük: "İranın bu nəticələrdən örnək alacağına ümid edirik. Bizim İsraillə 30 ilə yaxın müddət ərzində qurulmuş hərbi-siyasi əlaqələrimiz var və bunu kimsədən gizlətmirik. İran bunu qabartmağa çalışır. Amma qabartmadığı ətrafında üç müsəlman ölkəsinin birliyindən duyduğu narahatlıqdır".Eləcə də oxuyun:* Politoloq: Moskva İrana görə Azərbaycanla münasibətləri korlamayacaq* Azərbaycan və Ermənistan XİN rəhbərləri yenidən görüşəcəklər* Bakı və Tehrana dəvət: Azərbaycan və İran XİN başçıları telefonla danışıblar* İranın Cənubi Qafqazda İsrail kartı: "Aktiv siyasi proses başlayır"* "Ermənistanın məqsədi əsrlər boyu burada yaşamış Azərbaycan xalqının izini silmək idi"
https://sputnik.az/20211013/ermenistan-randaki-sefirini-geri-cagirdi-434175855.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42015/08/420150882_500:0:3231:2048_1920x0_80_0_0_1a87e1405ffda14cbd4c4537cb7d988f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tehran, şərh, yaxın şərq, iran, siyasət, azərbaycan
tehran, şərh, yaxın şərq, iran, siyasət, azərbaycan
İranın Yaxın Şərqi Qafqaza gətirmək niyyəti onu "3+3" formatından kənarda qoya bilər
Politoloqun fikrincə, İranın İsraillə problemi varsa, o problemin həlli Yaxın Şərqdədir, Qafqazda deyil.
BAKI, 13 oktyabr — Sputnik. Son həftələr ərzində Azərbaycanla İran arasındakı münasibətlərdəki gərginlik, bu vəziyyətin ikitərəfli əlaqələrə və regional proseslərə təsiri ilə bağlı "Atlas" Analitika Mərkəzinin rəhbəri
Elxan Şahinoğlunun və Qafqaz Tarix Mərkəzinin direktoru
Rizvan Hüseynovun iştirakıyla
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.
"Atlas" Analitika Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan bütün qonşularla normal münasibətlərin tərəfdarıdır. Politoloq vurğulayıb ki, Azərbaycanın yeganə problemi Ermənistanla idi və bu problem də böyük ölçüdə həllini tapıb: "Müşahidələr də göstərir ki, Ermənistan tərəfi postmüharibə dövründə Azərbaycanın təkliflərinə maraq göstərir. Bu dediklərim Rusiyanın da maraqlarına uyğundur. Rusiya da istəyir ki, Azərbaycan-Ermənistan arasında sülh olsun".
"Bizim İranla hər hansı problemimiz yox idi", - deyən E.Şahinoğlu qeyd edib ki, İran isə Azərbaycanın daxili işlərinə qarışmağa başlayıb.
"Bizim üzərimizdən separatçılara yardımlar daşımaq istəyirlər. Müxtəlif yollarla İrana xəbərdarlıq edilsə də, cənub qonşumuz fəaliyyətini dayandırmaq istəmədi. İran rəsmiləri düşünürlər ki, kimsə onların bu siyasətinə dəstək verəcək. Ancaq bu süni yaradılan gərginliklər Rusiyanın da maraqlarına cavab vermir. İranın indiki hakimiyyəti açıq-aşkar anti-Azərbaycan siyasəti yürüdür. Bu ölkənin XİN rəhbəri diplomatik etikadan uzaq ifadələr işlədir. İndi həmin XİN rəhbərinin Azərbaycana və Ermənistana səfərləri olacaq. İran bu siyasətini davam etdirərsə, məsələlər həllini tapmayacaq".
Elxan Şahinoğlu
"Atlas" Analitika Mərkəzinin rəhbəri
Politoloqun fikrincə, ölkələr bir-birinin daxili işlərinə qarışmayacaqları ilə bağlı sənəd imzalamalıdır. O qeyd edib ki, iki ölkənin də qoşulduğu müxtəlif layihələr var və Azərbaycan bu layihələrin inkişaf etdirilməsinə maraq göstərdiyi halda İran məsələni hərbi-siyasi müstəviyə keçirməyi üstün tutur.
İki ölkə münasibətlərindəki gərgin vəziyyətin "3 + 3" danışıqlar formatına təsirlərinə də toxunan politoloq bildirib ki, ideyası Türkiyə prezidentinə məxsus olan bu platforma bütün bölgə dövlətlərinin xeyrinədir: "Biz bölgədə sülhün təmin olunması ilə qurulacaq əməkdaşlıqlara olan münasibətimizi açıq ifadə etmişik. Dörd ölkə - Azərbaycan, Türkiyə, Rusiya və İran altılıq formatına müsbət münasibətini ifadə edib. Hətta bu günlərdə Gürcüstan bu proseslərdən kənarda qalmaq istəmədiyini bildirdi. Bu məsələdə Ermənistanı da razı salmaq olar".
Elxan Şahinoğlu deyib ki, İranın bu cür davranışları "3+3" formatının da işini sual altına salır: "İran anlamalıdır ki, o, Qərbin sanksiyaları altında mühasirədədir. Ona görə İran siyasi ritorikasını dəyişməlidir. Amma dəyişməsə, 6-lıq platformasından kənarda qalacaq. Bizim üçün əsas olan milli və təhlükəsizlik maraqlarımızdır".
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov isə bildirib ki, xülyalarla yaşayan xalqların sonu faciəvi olur. Biz bunu Ermənistanın timsalında gördük: "İranın bu nəticələrdən örnək alacağına ümid edirik.
İran Azərbaycanda nüfuzunu artırmaq üçün uzun illərini sərf edib. Ancaq uzun illər ərzində qurulan bu nüfuz boşuna sərf olunur. Biz bunu İkinci Qarabağ müharibəsi dövründə gördük. Həm də aydın olan budur ki, İran təkbaşına olaraq regionda rasional siyasət apara bilmir. Biz görürük ki, İran Yaxın Şərqdə yaşadığı problemləri Qafqaza daşımaq istəyir. Bu isə nəticəsiz və mümkünsüz bir gedişdir. İranın İsraillə problemi varsa, o problemin həlli Yaxın Şərqdədir, Qafqazda deyil.
Rizvan Hüseynov
Qafqaz Tarix Mərkəzinin direktoru
Bizim İsraillə 30 ilə yaxın müddət ərzində qurulmuş hərbi-siyasi əlaqələrimiz var və bunu kimsədən gizlətmirik. İran bunu qabartmağa çalışır. Amma qabartmadığı ətrafında üç müsəlman ölkəsinin birliyindən duyduğu narahatlıqdır".
*
Bakı və Tehrana dəvət: Azərbaycan və İran XİN başçıları telefonla danışıblar
* İranın Cənubi Qafqazda İsrail kartı: "
Aktiv siyasi proses başlayır"
* "
Ermənistanın məqsədi əsrlər boyu burada yaşamış Azərbaycan xalqının izini silmək idi"