https://sputnik.az/20211012/baki-ve-tehrana-devet-azerbaycan-ve-ran-xn-bascilari-telefonla-danisiblar-434150941.html
Bakı və Tehrana dəvət: Azərbaycan və İran XİN başçıları telefonla danışıblar
Bakı və Tehrana dəvət: Azərbaycan və İran XİN başçıları telefonla danışıblar
Sputnik Azərbaycan
Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam... 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T23:10+0400
2021-10-12T23:10+0400
2021-10-13T00:35+0400
siyasət
iran xin
bakı
iran
tehran
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735129_0:160:3073:1888_1920x0_80_0_0_8a26e292e3c033eb1d08c57d59b434c7.jpg
BAKI, 12 oktyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.İran XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir.Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735129_170:0:2901:2048_1920x0_80_0_0_40d26a23af1d8553f3d01e4a0b698137.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran xin, bakı, iran, tehran, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
iran xin, bakı, iran, tehran, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Bakı və Tehrana dəvət: Azərbaycan və İran XİN başçıları telefonla danışıblar
23:10 12.10.2021 (Yenilənib: 00:35 13.10.2021) Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib.
BAKI, 12 oktyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
İran XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.
İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.
Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.