SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN rəhbərləri yenidən görüşəcəklər

© Photo : Denis BalibouseОхранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария
Охранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 24-ü Nyu-Yorkda görüş keçiriblər.
BAKI, 13 oktyabr — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə dair razılıq əldə olunub. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Hindistandan olan həmkarı ilə brifinqdə bildirib.
O, əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri planlaşdırılıb:

"Lakin səfərin tarixi hələlik bəlli deyil. Görüşlər planlaşdırılır, ən azı yeni görüş barədə razılıq əldə olunub".

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 24-ü Nyu-Yorkda görüş keçiriblər.
Xəbər lenti
0