https://sputnik.az/20211013/azerbaycana-umumilikde-13-milyon-doza-cin-vaksini-getirilmesi-planlasdirilir-434173941.html
Azərbaycana ümumilikdə 13 milyon doza Çin vaksini gətirilməsi planlaşdırılır
Azərbaycana ümumilikdə 13 milyon doza Çin vaksini gətirilməsi planlaşdırılır
Sputnik Azərbaycan
BAKI, 13 oktyabr — Sputnik. Ümumilikdə Azərbaycana 13 milyon "CoronaVac" vaksin dozasının idxalı nəzərdə tutulub. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T17:06+0400
2021-10-13T17:06+0400
2021-10-13T17:06+0400
peyvənd
səhiyyə
çin
azərbaycan
sinovac/biothec
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427907661_0:0:2969:1671_1920x0_80_0_0_4b827273eb3f668655ec5a36334ecdf9.jpg
BAKI, 13 oktyabr — Sputnik. Ümumilikdə Azərbaycana 13 milyon "CoronaVac" vaksin dozasının idxalı nəzərdə tutulub.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, indiyə qədər 12 169 030 doza "CoronaVac" dərman vasitəsi ölkəyə gətirilib.Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin "Dərman vasitəsinin idxalı barədə" 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən, Agentlik ilə Rusiya Federasiyasının "HUMAN VACCINE" MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə uyğun olaraq, 300 000 doza "Sputnik V" dərman vasitəsinin Azərbaycana idxalı nəzərdə tutulub.İndiyə qədər 200 000 doza "Sputnik V" dərman vasitəsi ölkəyə gətirilib.Agentlikdən, həmçinin bildirilib ki, Azərbaycana bu günədək 319 410 doza "Pfizer-Biontech" vaksin dərman vasitəsi gətirilib.Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.Eləcə də oxuyun:* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib* Azərbaycanda əhalinin 5 milyondan çoxu vaksinasiyadan keçib* Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi* Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi
https://sputnik.az/20211013/sumqayitda-sagirdin-olumu-iki-nazirliyi-herekete-kecirdi-vaksin-vurdurun-434170114.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427907661_104:0:2835:2048_1920x0_80_0_0_28dbfed934a217dd6bf93f5b5b5cad61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyvənd, çin, azərbaycan, sinovac/biothec, azərbaycanda covid-19 əleyhinə vaksinasiya
peyvənd, çin, azərbaycan, sinovac/biothec, azərbaycanda covid-19 əleyhinə vaksinasiya
BAKI, 13 oktyabr — Sputnik. Ümumilikdə Azərbaycana 13 milyon "CoronaVac" vaksin dozasının idxalı nəzərdə tutulub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, indiyə qədər 12 169 030 doza "CoronaVac" dərman vasitəsi ölkəyə gətirilib.
Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin "Dərman vasitəsinin idxalı barədə" 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən, Agentlik ilə Rusiya Federasiyasının "HUMAN VACCINE" MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə uyğun olaraq, 300 000 doza "Sputnik V" dərman vasitəsinin Azərbaycana idxalı nəzərdə tutulub.
İndiyə qədər 200 000 doza "Sputnik V" dərman vasitəsi ölkəyə gətirilib.
Agentlikdən, həmçinin bildirilib ki, Azərbaycana bu günədək 319 410 doza "Pfizer-Biontech" vaksin dərman vasitəsi gətirilib.
Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları
3-cü doza peyvəndlənməyə çağırıb
* Bakıda koronavirusa görə daha bir
sinif distant təhsilə keçib*
Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi