https://sputnik.az/20211013/avropa-cempionatinda-komandamiza-sehriyarla-teymur-basciliq-edecekler-434129693.html
Avropa çempionatında komandamıza Şəhriyarla Teymur başçılıq edəcəklər
Avropa çempionatında komandamıza Şəhriyarla Teymur başçılıq edəcəklər
Sputnik Azərbaycan
Ölkəsindən imtina edən daha bir şahmatçı Levon Aronyandır. O, Ermənistanı tərk edib, ABŞ-a köçüb. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T22:34+0400
2021-10-13T22:34+0400
2021-10-13T22:47+0400
idman
şahmat
şəhriyar məmmədyarov
avropa çempionatı
teymur rəcəbov
rauf məmmədov
sloveniya
https://cdnn1.img.sputnik.az/img/42168/98/421689878_0:0:2978:1676_1920x0_80_0_0_760a2a2c54cea0fccd7bd4ee7e02b668.jpg
BAKI, 13 oktyabr — Sputnik. Qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandasına rəhbərlik edəcəklər. Sputnik Azərbaycan bildirir ki, şahmat üzrə Avropa çempionatı noyabrın 11-21-də Terme-Çatejdə (Sloveniya) keçiriləcək.Kişi və qadın komandalarımız çempionat üçün heyətlərini açıqlayıblar. Şəhriyar (2765) və Teymurdan (2763) başqa, komandada həmçinin Rauf Məmmədov (2673), Qadir Hüseynov (2665) və Nicat Abbasov (2638) yer alıblar.Azərbaycanın kişilərdən ibarət komandası orta reytinqdə ikinci start mpvqeyinə malikdir. 2722 xala malik komandamız Sergey Karyakinin başçılıq etdiyi Rusiya komandasından cəmi beş xal geri qalır. Start siyahısının üçüncüsü 2708 xalla Fransadır. Maraqlıdır ki, bu komandanın tərkibində illər öncə öz ölkəsi üçün oynamaqdan imtina etmiş iranlıı Alireza Firuzca debüt edəcək.Onu da qeyd edək ki, ölkəsindən imtina edən daha bir şahmatçı Levon Aronyandır. O, Ermənistanı tərk edib, ABŞ-a köçüb. Sloveniyada kişilərdən ibarət komandamız üçqat Avropa çempionu kimi (2009, 2013, 2017) çıxış edəcək.Qadınlar arasında isə Azərbaycanı Günay Məmmədzadə (2459), Gülnar Məmmədova (2395), Xanım Balacayeva (2369), Ülviyyə Fətəliyeva (2309) və Gövhər Beydullayeva (2304) təmsil edəcəklər.Orta reytinqinə görə qızlardan ibarət komandamız beşincidir (2383). Birinci isə, kişilərdə olduğu kimi 2539 xalla Rusiyadır. Sonrakı pillələri Gürcüstan (2474), Polşa (2403) və Ukrayna (2399) tutur. Qadın komandamız Avropa çempionatında iki dəfə (1992 və 2019-cu illərdə) bürünc medal qazanıb.Eləcə də oxuyun:* Teymur Rəcəbov "Champions Chess Tour"un vitse-çempionu oldu* Şəhriyar Məmmədyarov artıq ilk onluqda deyil* Azərbaycanlı qrossmeysterlər dünya şahmat liderləri sırasında
https://sputnik.az/20211005/rauf-memmedov-avropa-sahmat-yarisinda-pul-ucun-deyil-vuqar-hesimov-ucun-oynadiq-433883768.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42168/98/421689878_356:0:2935:1934_1920x0_80_0_0_6e87ea3e30c28e4198dd3acd9b5c0da3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
şahmat, şəhriyar məmmədyarov, avropa çempionatı, teymur rəcəbov, rauf məmmədov, sloveniya
şahmat, şəhriyar məmmədyarov, avropa çempionatı, teymur rəcəbov, rauf məmmədov, sloveniya
Avropa çempionatında komandamıza Şəhriyarla Teymur başçılıq edəcəklər
22:34 13.10.2021 (Yenilənib: 22:47 13.10.2021) Ölkəsindən imtina edən daha bir şahmatçı Levon Aronyandır. O, Ermənistanı tərk edib, ABŞ-a köçüb.
BAKI, 13 oktyabr — Sputnik. Qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandasına rəhbərlik edəcəklər.
Sputnik Azərbaycan bildirir ki, şahmat üzrə Avropa çempionatı noyabrın 11-21-də Terme-Çatejdə (Sloveniya) keçiriləcək.
Kişi və qadın komandalarımız çempionat üçün heyətlərini açıqlayıblar. Şəhriyar (2765) və Teymurdan (2763) başqa, komandada həmçinin Rauf Məmmədov (2673), Qadir Hüseynov (2665) və Nicat Abbasov (2638) yer alıblar.
Azərbaycanın kişilərdən ibarət komandası orta reytinqdə ikinci start mpvqeyinə malikdir. 2722 xala malik komandamız Sergey Karyakinin başçılıq etdiyi Rusiya komandasından cəmi beş xal geri qalır. Start siyahısının üçüncüsü 2708 xalla Fransadır. Maraqlıdır ki, bu komandanın tərkibində illər öncə öz ölkəsi üçün oynamaqdan imtina etmiş iranlıı Alireza Firuzca debüt edəcək.
Onu da qeyd edək ki, ölkəsindən imtina edən daha bir şahmatçı Levon Aronyandır. O, Ermənistanı tərk edib, ABŞ-a köçüb.
Sloveniyada kişilərdən ibarət komandamız üçqat Avropa çempionu kimi (2009, 2013, 2017) çıxış edəcək.
Qadınlar arasında isə Azərbaycanı Günay Məmmədzadə (2459), Gülnar Məmmədova (2395), Xanım Balacayeva (2369), Ülviyyə Fətəliyeva (2309) və Gövhər Beydullayeva (2304) təmsil edəcəklər.
Orta reytinqinə görə qızlardan ibarət komandamız beşincidir (2383). Birinci isə, kişilərdə olduğu kimi 2539 xalla Rusiyadır. Sonrakı pillələri Gürcüstan (2474), Polşa (2403) və Ukrayna (2399) tutur. Qadın komandamız Avropa çempionatında iki dəfə (1992 və 2019-cu illərdə) bürünc medal qazanıb.
*
Şəhriyar Məmmədyarov artıq ilk onluqda deyil
*
Azərbaycanlı qrossmeysterlər dünya şahmat liderləri sırasında