Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Respublika Gününün Müstəqillik Günü adlandırılmasının əsasında nə dayanır?

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Bu 44 günlük müharibə də göstərdi ki, bizə düşmən münasibət bəsləyən ölkələr Azərbaycanın özünü AXC-nin hüquqi varisi elan etməsindən çəkinir.
BAKI, 12 oktyabr — Sputnik. Artıq iki gündür ki, Milli Məclis "Müstəqillik Günü haqqında" qanun layihəsini müzakirə edir. Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir. Qanun layihəsi Milli Məclisin plenar iclasının birinci və ikinci oxunuşunda qəbul edilib.
Müstəqillik Gününün 28 may tarixinə keçirilməsi ictimaiyyət arasında da müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan "Müstəqillik Günü haqqında" qanun layihəsində ediləcək dəyişikliklə bağlı Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun fikirlərini öyrənib.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, əslində bu çoxdan gözlənilən bir qərar idi:
"Əslində, bu qərar 30 il əvvəl verilməli idi. Sadəcə ozamankı daxili və xarici siyasi vəziyyətdən dolayı bu məsələnin əhəmiyyətini anlamadılar. Bu məsələ ilə bağlı elmi-siyasi baxış olmalı idi, ekspertlər, alimlər əhəmiyyətini izah etməli idilər. Müstəqil Azərbaycan Respublikası havadan yaranmayıb. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. AXC-nin yaranması bütün dünya və müsəlman Şərqi üçün əhəmiyyətli hadisə idi".
Директор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов - Sputnik Azərbaycan
Rizvan Hüseynov
Qafqaz Tarixi Mərkəzinin direktoru
Tarixçi bildirib ki, müasir Azərbaycan AXC-nin yaranmasını qeyd etməlidir. Onun sözlərinə görə, məxsusi olaraq 28 may 1918-ci il Müstəqillik Günüdür: "Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Ona görə də müstəqilliyimizin istinad nöqtəsi 28 May olmalıdır. Burada diqqət olunmalı əsas məqam hüquqi varislik məsələsidir. Bu 44 günlük müharibə də göstərdi ki, bizə düşmən münasibət bəsləyən ölkələr Azərbaycanın özünü AXC-nin hüquqi varisi elan etməsindən çəkinir. Bu baxımdan bu məsələ prinsipialdır".
Rizvan Hüseynov onu da əlavə edib ki, bəzi ekspertlərə görə, bu hüquqi varislik beynəlxalq hüquqla ziddiyyət təşkil edir. O isə hesab edir ki, burada hər hansı ziddiyyət yoxdur: "BMT Azərbaycanı üzv ölkə kimi qəbul edərkən Azərbaycanın ərazisi 86.6 min kv.km göstərilib. Amma biz bilirik ki, AXC-nin ərazisi 144 min kv.km-ə yaxın olub. O dövrdə BMT olmasa da, alternativ bir təşkilat - Millətlər Liqası (1920-1946) var idi. Azərbaycanın həmin dövrdə tanınmış ərazilərinə müasir Ermənistanın Zəngəzur və Göyçə əraziləri daxil idi".
"BMT beynəlxalq arbitr rolunu itirir", - deyən tarixçi qeyd edib ki, buna görə biz milli, strateji maraqlarımızı özümüz qorumalıyıq: "Bizim ölkəmiz mürəkkəb geosiyasi münasibətlərin olduğu regionda yerləşir. Burada qonşu olan ölkələr bir-birinə qeyri-konstruktiv mövqedə dayanıb".
Həmçinin oxuyun:
* Parlamentarilər "Müstəqillik Günü haqda" müzakirələri bitirə bilmirlər
* 28 may - Müstəqillik Günü, 18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür
* Deputatlar Respublika Gününün Müstəqillik Günü ilə əvəz edilməsini əsaslandırdılar
Xəbər lenti
0