CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentarilər "Müstəqillik Günü haqda" müzakirələri bitirə bilmirlər

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilsin.
BAKI, 12 oktyabr — Sputnik. Milli Məclisin payız sessiyasında plenar iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Müstəqillik Günü haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, dünən keçirilən Milli Məclisin iclasında Müstəqillik Günü haqqında" qanun layihəsi ilk oxunuşda müzakirə edilərək qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, "Müstəqillik Günü haqqında" qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Azərbaycanın Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisə olmaqla yanaşı, tariximizə hörmətin ifadəsidir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təqdim edilən qanun layihəsinin məramı tarixi ədaləti bərpa etmək və ötən 103 ilin 2 möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müstəqilliyimizin məhz bərpasının 30 illiyi ərəfəsində Prezident tərəfindən dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan "Müstəqillik Günü haqqında" qanun layihəsi təqdim edilməsi çox təqdirəlayiq haldır. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən, xalqımız öz müstəqilliyini bərpa edib. Bu tarixi günlərin mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması indiki qanun layihəsində öz əksini tapıb. Beləliklə, təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilsin.
Əli Hüseynli həm tarixi xronologiya baxımından, həm də mahiyyət baxımından bu günlərin dövlətçilik tariximizin ən vacib günləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu qanun layihəsi tarixdə baş vermiş hadisələri daha dəqiq özündə ehtiva edir. Cənab Prezidentin təqdim etdiyi bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə edilib və ətraflı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0