Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputatlar Respublika Gününün Müstəqillik Günü ilə əvəz edilməsini əsaslandırdılar

© Sputnik / Murad OrujovBakıda parada parada baxan şəxslər
Bakıda parada parada baxan şəxslər - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Parlamentdə "Müstəqillik Günü haqqında" qanun layihəsi müzakirə edilir. Deputatlar Əli Hüseynli, Qüdrət Həsənquliyev qanun layihəsinə münasibət bildiriblər.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşılayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi haqda danışarkən deyib.
O qeyd edib ki, bu il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilməsinin 30 ili tamam olacaq.
Ə.Hüseynli bildirib ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşılayacaq. O bildirib ki, Prezidentin imzası ilə parlamentə daxil olan qanun layihəsi torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə mühüm siyasi və tarixi əhəmiyyət daşıyır.
Ə.Hüseynli vurğulayıb ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub.
Millət vəkili Qüdrət Həsənquliyev də çıxış edərək bildirib ki, əslində, dövlətlər quruluşuna görə unitar, federativ, konfederativ, formasına görə isə respublika, monarxiya və s. olur.
Deputat bildirib ki, biz SSRİ-nin tərkibindən çıxmaqla öz müstəqilliyimizi bərpa etmişik: "Ona görə də 1918-ci ilin 28 mayının Müstəqillik Günü elan edilməsi çox əhəmiyyətlidir. Biz bu tarixdə müstəqil dövlət olduq. O vaxt dövlət idarəetməsinin respublika şəklində olması ikinci dərəcəli məsələ idi. Azərbaycanda o vaxt dövlət yox idi ki, onu devirib respublika elan edək. Biz dövlət müstəqilliyimizdən danışarkən o günü bizə bəxş edən insanları xatırlamalıyıq. Azərbaycan Respublikası dövlət olaraq, 1918-ci il mayın 28-də elan olunub, bu, Müstəqillik Günüdür. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyimizi bərpa etmişik. Hər iki məsələ layihədə çox düzgün qoyulub".
Xəbər lenti
0