Taksi və marşrut sürücülərindən COVID-19 pasportu tələb olunacaq
13:44 21.09.2021 (Yenilənib: 00:05 17.11.2021)
© © Baku Transport AgencyОстановки для такси
© © Baku Transport Agency
Abunə olmaq
Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur.
BAKI, 21 sentyabr — Sputnik. Oktyabrın 1-dən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu barədə Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
O qeyd edib ki, oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək: "İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub".
E.Hacıyevin sözlərinə görə, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir: "Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur. Bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib".
Həmçinin oktyabrın 1-dən COVID-19 infeksiyasına qarşı peyvəndin hər iki dozasını qəbul etməyən marşrut sürücüləri reysə buraxılmayacaqlar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
N.Allahyarova deyib ki, bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə nəzərdə tutulub: "Əlavədə deyilir ki, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Yəni bura avtobus sürücüləri də aiddir. Bu baxımdan Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz bununla bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq etmişik.
N.Allahyarova deyib ki, bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə nəzərdə tutulub: "Əlavədə deyilir ki, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Yəni bura avtobus sürücüləri də aiddir. Bu baxımdan Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz bununla bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq etmişik.
Sürücülər daşıyıcı şirkətlərin əməkdaşları olduğu üçün biz həmin şirkətlərə xəbərdarlıq etmişik. Daşıyıcı şirkətlər müntəzəm və qeyri-müntəzəm marşrut xətlərində dövlət xidməti göstərdiyi üçün həmin şirkətlərə xəbərdarlıq olunub və qərar onlara xatırladılıb. Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVID-19 sertifikatı olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək".
Eləcə də oxuyun:
Dövlət Xidməti gücləndirilmiş iş rejiminə keçdi
Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti