https://sputnik.az/20210930/absheronda-ici-sernishinle-dolu-avtobus-ashdi-qezaya-qorun-ne-sebeb-olub-433683830.html
Abşeronda sərnişinlə dolu avtobus aşdı - Qəzaya görün nə səbəb olub...
Abşeronda sərnişinlə dolu avtobus aşdı - Qəzaya görün nə səbəb olub...
Sputnik Azərbaycan
DANX-dan bildirilib ki, sərnişinlər yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T14:51+0400
2021-09-30T14:51+0400
2021-09-30T14:51+0400
qəza
hadisə
avtobus
abşeron rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433683745_0:46:1280:766_1920x0_80_0_0_d4356959f1e3345ae4931bf495403b19.jpg
BAKI, 30 sentyabr — Sputnik. Abşeron rayonunda yol qəzası olub. Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Məmmədli-Kürdəxanı yolunda qeydə alınıb. Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi “İsuzu” markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəza zamanı avtobusun içərisində 5 nəfər olub. Onlardan 4 nəfəri sərnişindir: "537 saylı avtobus Novxanı-Zabrat istiqamətində sərnişin daşıyır. Bizə verilən ilkin məlumata görə, avtobusun qarşısına qəfil piyada çıxıb. Bu zaman sürücü piyadanı vurmamaq üçün manevr edib. Nəticədə qəza baş verib. Hazırda hadisə araşdırılır".N.Allahyarova bildirib ki, sərnişinlər yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433683745_0:0:1136:852_1920x0_80_0_0_78d589886a7522fc767fb58bcdf19c18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qəza, avtobus, abşeron rayonu
qəza, avtobus, abşeron rayonu
Abşeronda sərnişinlə dolu avtobus aşdı - Qəzaya görün nə səbəb olub...
DANX-dan bildirilib ki, sərnişinlər yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar.
BAKI, 30 sentyabr — Sputnik. Abşeron rayonunda yol qəzası olub. Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Məmmədli-Kürdəxanı yolunda qeydə alınıb.
Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi “İsuzu” markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri
Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəza zamanı avtobusun içərisində 5 nəfər olub. Onlardan 4 nəfəri sərnişindir: "537 saylı avtobus Novxanı-Zabrat istiqamətində sərnişin daşıyır. Bizə verilən ilkin məlumata görə, avtobusun qarşısına qəfil piyada çıxıb. Bu zaman sürücü piyadanı vurmamaq üçün manevr edib. Nəticədə qəza baş verib. Hazırda hadisə araşdırılır".
N.Allahyarova bildirib ki, sərnişinlər yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar.