Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rüstəm Orucov: Parisə köklənmək üçün hələ tezdir

© © Photo : National Olympic Committee of AzerbaijanRüstəm Orucov, arxiv şəkli
Rüstəm Orucov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Titullu Azərbaycan cüdoçusu Tokio Olimpiadasındakı uğursuz çıxışından sonra qatılacağı ilk turnir və gələcək planları barədə danışıb.
BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kiloqram) 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılmaq niyyətindədir. Bu barədə idmançı özü Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadanın gümüş medalçısı etiraf edib ki, Tokiodakı uğursuz çıxışından sonra çətinliklə özünə gəlib. Qeyd edək ki, idmançımız sözügedən beynəlxalq yarışda medal qazana bilməmişdi.
"Artıq özümü yaxşı hiss edirəm və yeni yarışlara 80 faiz hazıram. Bərpa olunaraq məşqlərə başlamışam. Etiraf etməliyəm ki, Yaponiyadakı uğursuzluqdan sonra çətinliklə özümə gəldim, ancaq gücümü toplayıb yenidən hazırlaşmağa başladım. Özümü Paris-2024-ə kökləmişəm, amma növbəti oyunlara kimi üç dünya çempionatı, Avropa çempionatı, İslam ölkələri və Avropa Oyunları var. Belə ki, yarışlar çoxdur və hələ Parisə köklənmək üçün tezdir", – deyə Orucov vurğulayıb.
Cüdoçu deyib ki, ilk hədəfi 2022-ci il dünya çempionatı və İslam Oyunlarıdır. İdmançı onu da qeyd edib ki, Azərbaycan millisinin məşqçilər korpusu yeniləndən sonra komandanın məşq prosesi də dəyişib.
Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət cüdo yığmasının Tokio Olimpiadasında nümayiş etdirdiyi uğursuzluğundan sonra 2008-ci il Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev komandanın baş məşqçisi, keçmiş cüdoçular Elçin İsmayılov və Elxan Rəcəbli isə onun köməkçiləri təyin olunublar.
Qarışıq döyüş növləri (MMA) üzrə çempion Nəriman Abbasov və Qəbələ idman klubunun prezidenti Fariz Nəcəfov  - Sputnik Azərbaycan, 1920, 04.10.2021
İDMAN
Şamil Zavurova qalib gələn Nəriman Abbasova avtomobil bağışladılar
"Onlar tanınmış və titullu idmançılardır, onları tanıyıram, ona görə də mənim üçün onlarla işləmək asandır. Xaricilərdənsə yerli mütəxəssislərlə işləmək daha xoşdur. Əgər yarışlara hazırlıq sistemini müqayisə etsək, indi məşq yükümüz əvvəlki məşqçinin vaxtında olduğundan ikiqat çoxdur. Mövlud Mirəliyev daha çox məhz belə əzmlə çalışmağın müqabilində Olimpiadanın mükafatçısı oldu. Ona görə bizi də eyni yüklə çalışdırır", – deyə Orucov vurğulayıb.
İdmançı onu da qeyd edib ki, Tokio Olimpiadasından sonra çıxış edəcəyi ilk yarış "Böyük dəbilqə" seriyasından Bakı turniridir. Həmin yarış bu ilin 5-7 noyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, Orucov çiynindən zədə aldığı üçün Parisdə keçirilən analoji yarışa yollana bilməmişdi.
Xəbər lenti
0