Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı Transsibiri necə fəth etdi: 11 min kilometrlik təəssürat

© Photo : courtesy of Rauf HasanovАзербайджанский мото-любитель Рауф Гасанов
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Motosiklet həvəskarı Rauf Həsənov 26 gün ərzində Rusiyaya səyahəti və əfsanəvi Çe Gevaranın oğlu ilə birlikdə Kuba gəzintisini Sputnik Azərbaycan-a nəql edib.
BAKI, 3 oktyabr - Sputnik. Motosiklet həvəskarı Rauf Həsənov Moskvadan Vladivostoka qədər olan magistralda təşkil olunmuş Transsibir marafonunda iştirak edən ilk azərbaycanlıdır. 26 gün davam edən motosiklet yarışı zamanı Həsənov da daxil olmaqla üç nəfərdən ibarət motosiklet qrupu 11 min kilometr məsafəni qət edib.
Bu, Rauf Həsənov üçün ilk belə təcrübə deyil. Bu yaxınlarda o, Mustanq Krallığının sərhədini keçən (dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən Nepal inzibati bölgəsi) ilk azərbaycanlı olub. İndi də azərbaycanlı motosiklet səyahətçisi ümumilikdə 11 min kilometr məsafəni qət edərək, demək olar ki, bütün Rusiyanı gəzib.
© Photo : courtesy of Rauf HasanovАзербайджанский мото-любитель Рауф Гасанов
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Азербайджанский мото-любитель Рауф Гасанов
Qeyd etmək lazımdır ki, Moskva-Vladivostok marşrutu motosikletlə səyahət edənlər üçün ən arzuolunan səfərdir, çünki o, ən uzun yoldur.
Sputnik Azərbaycan-a müsahibəsində Rauf bildirib ki, Moskvadan uzaqlaşdıqca marşrut çətinləşir.
"Bütün Uralı və Sibiri keçərək Uzaq Şərqin dərinliklərinə gedirsiniz. Orada isə şəhərlər arasındakı məsafələr artır. Məntəqələr arasında minimal məsafə Bakıdan Batumiyə qədər yola bərabərdir və bu yolda tayqadan başqa, demək olar ki, heç nə yoxdur. Yəni gündə təxminən 800 kilometr məsafəni qət etmək lazımdır və bu yol 12 saata qədər tamamlanır", - Həsənov deyir.
© Photo : courtesy of Rauf HasanovАзербайджанский мото-любитель Рауф Гасанов
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Азербайджанский мото-любитель Рауф Гасанов
Səyahətçilər yolboyu dəfələrlə fövqəladə hadisələrlə rastlaşıblar - Həsənovun sözlərinə görə, yolların əla vəziyyətdə olmasına baxmayaraq, onlar gecə vaxtı tayqanın ortasında öz "dəmir atlarını” təmir etməli olublar. Ümumilikdə, motosiklet həvəskarı 26 gün yolda olub, onlardan 22 günü yalnız yolda, dörd günü isə istirahətdə keçib. İstirahətin bir günü Moskvada, ikisi isə Olxon adasında olub.
"Olxon adası qeyri-adi gözəlliyə malik bir yerdir. Düzdür, biz oraya çatanda hava çox yaxşı idi, ancaq oradan ayrıldıqda güclü yağış yağmağa başladı və bərə keçidinə getmək bizim üçün son dərəcə çətin oldu. Orada asfalt yoxdur, çünki bu, milli parkdır və əgər yaxşı havada bərə keçidindən qaldığımız kəndə getmək üçün 30 dəqiqə bizə kifayət edirdisə, yağışlı havada geri dönərkən yola üç saat sərf etdik. Çox çətin idi, amma Allaha şükür ki, hər şey salamatlıqla bitdi. Bir dəfə isə yağış altında 12 saat fasiləsiz yol qət etmək məcburiyyətində də qaldıq”, - səyahətçi xatırlayır.
© Photo : courtesy of Rauf HasanovАзербайджанский мото-любитель Рауф Гасанов
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Азербайджанский мото-любитель Рауф Гасанов
Ümumilikdə, motosiklet səyahətçiləri Rusiyanın 40-dan çox şəhərini ziyarət ediblər, bunlardan yarısında gecəni otellərdə qalıblar, digər yarısında isə gecələməyərək sadəcə motosikletlə keçiriblər.
"Xoşbəxtlikdən, biz gecələri yolda keçirmək məcburiyyətində qalmamışıq, çünki bu bizə əlavə yük olardı. Biz mütləq otelə çatmalı idik. İrkutskdan əvvəl bununla bağlı heç bir problem yaranmamışdı, ancaq şəhərlər arasında məsafə xeyli artdığı üçün bundan sonra hər bir şey kifayət qədər vacib idi. Əks təqdirdə səfərimiz daha da uzun ola bilərdi, baxmayaraq ki, yol bir ay davam edirdi”, - deyə Həsənov qeyd edib.
Bu səyahətin özünəməxsus özəlliyi ondadır ki, motosikletçilər Rusiyanın bütün saat qurşaqlarını da keçiblər.
"Biz səyahətimizə Bakıdan bir saat geridə olan Moskvadan başladıq və Azərbaycandan 6 saat öndə olan Vladivostokda başa vurduq. İqlim şəraitini də unutmaq olmaz. Məsələn, biz, demək olar ki, qırx dərəcə istidə yol gedirdiksə, Çitaya çatanda havanın temperaturu sıfır dərəcəyədək enirdi. Belə bir dəyişiklik əsl sınaq ola bilər, çünki iqlim nəzarəti olan maşında deyil, açıq havada oturursunuz”, - deyə Həsənov vurğulayıb.
© Photo : courtesy of Rauf HasanovАзербайджанский мото-любитель Рауф Гасанов
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Азербайджанский мото-любитель Рауф Гасанов
Yerofey Pavloviç adına qəsəbədən Blaqoveşşensk şəhərinə gedən yolda səyahətçiləri 12 saatlıq davamlı leysan müşayiət edib, nəticədə motosikletçilərin kafralarındakı əşyalar suyun içində qalıb. Vladivostokdan 300 kilometr məsafədə isə Rauf Həsənov motosikletini təmir etməli olub.
"Vladivostokun yaxınlığında yolda təmir işləri gedirdi və yerə çınqıl tökmüşdülər, orada qəzaya uğradım. Nəticədə təkərimdə dörd santimetrlik deşik açıldı. Vulkanizasiya tapmaq üçün iki saat vaxt sərf etdik, axşam düşdü. Nəticədə səhər saat beşdə Vladivostoka çatdıq. Şəhəri gəzdik. Vladivostok çox gözəl və qeyri-adi şəhərdir. Sentyabrın 11-də də hər kəs öz evlərinə dağılışdı", - deyə Həsənov bildirib.
Maraqlısı budur ki, motosikletçi 50 illik yubileyini Rusiyanın geniş ərazilərinə səyahəti zamanı qeyd edib.
"Əlli illik yubileyimi dəbdəbəli şəkildə qeyd etdik. Ad günüm ərəfəsində, axşam Yekaterinburqa gəldik. Çox gözəl və inkişaf etmiş bir şəhərdir. “Ural” motosikletləri ilə də şəhərdə çox gəzdik. Biz həmçinin bu motosikletləri istehsal edən zavoda da baş çəkdik. Əvvəllər burada təxminən on minə yaxın işçi çalışırdı. Hazırda zavod özəl mülkiyyətdədir və orada daha az motosiklet istehsal olunur. Bunlar əsasən ABŞ, Kanada, Avstraliya və digər ölkələrə ixrac üçün göndərilən müasir motosikletlərdir. Həmçinin məşhur Kalaşnikov avtomatının istehsal olunduğu İjevskdə də olduq”, - deyə Həsənov xatırlayıb.
O, Transsibir marafonu zamanı koronavirus pandemiyası səbəbindən də müəyyən çətinliklərin yarandığını qeyd edib.
"Açığını deyim ki, keçən il Transsibir marafonunda iştirak etməyi planlaşdırırdım, ancaq o zaman koronavirus pandemiyası sürətlə yayılırdı və hər yer bağlanmışdı. İndi də bir çox yerlərdə bizdən PCR testi tələb olunur, hətta otellərdən birində məndən kovid pasport istədilər. Bu baxımdan mən hazır idim və kovid pasportumu onlara təqdim etdim”, - deyə motosikletçi qeyd edib.
Yeri gəlmişkən, azərbaycanlı motosiklet səyyahı Transsibir marafonuna qatılmadan əvvəl əfsanəvi Ernesto Çe Gevaranın oğlu ilə birlikdə, demək olar ki, bütün Kubanı motosikletlə səyahət edib. Atası kimi oğlunun da adı Ernestodur.
© Photo : courtesy of Rauf HasanovАзербайджанский мото-любитель Рауф Гасанов
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Азербайджанский мото-любитель Рауф Гасанов
"O da bir baykerdir və biz "Harleylər"də demək olar ki, bütün Kubanı, o cümlədən məşhur atasının partizan olduğu Santa-Klara şəhərini gəzdik. Çe Gevaranın məzarını da ziyarət etdik, orada nəinki o, həm də onun bütün dəstəsi dəfn olunub. Xüsusi olaraq məzara Bakıdan gətirdiyim çələngi qoydular», - deyə Həsənov bildirib. O, motosikletlə dünyanı gəzməyə davam etmək niyyətində olduğunu, ancaq planlarını hələ açıqlamaq istəmədiyini də əlavə edib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала