DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gecikən ittiham, Saakaşvili ilə selfi çəkən polislər - Tbilisidən son xəbərlər

© AP Photo / Sergei GritsMixail Saakaşvili, arxivdən foto
Mixail Saakaşvili, arxivdən foto - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
BAKI, 3 oktyabr - Sputnik. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə bu gün gürcü sərhədini qanunsuz keçdiyinə görə ittiham irəli sürülməyib, həbsdə isə qiyabi olaraq kəsilmiş altı ilini çəkəcək.
Sputnik Gürcüstan bildirir ki, bunu Gürcüstanın Baş Prokurorluğundan deyiblər.
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb.
Mixeil Saakaşvili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Mixeil Saakaşvilinin Gürcüstanda saxlanılması - təfərrüat
"Mixeil Saakaşvili məhkum kimi saxlanılıb. O, axtarışda olan şəxsdir, məhkum olunub və altı il həbs cəzası kəsilib, penitensiar müəssisəyə yerləşdirilib. Bu halda yeni istintaq üzrə ittiham irəli sürülməsi üçün hüquqi müddət müəyyən edilməyib. Bu, ilk dəfə cinayət törətmiş şəxsin tutulması deyil. Buna görə də bu gün ona qarşı yeni ittiham irəli sürülməyib", - agentliyin müsahibi bildirib.
Prokurorluğun məlumatına görə, qurumun vaxt məhdudiyyəti yoxdur və sabiq prezidentin işi üzrə bütün digər vəziyyətləri istintaq təyin edəcək.
Yeni istintaqa gəlincə, o, intensiv rejimdə aparılır. Ancaq ittihamın nə vaxt irəli sürüləcəyi bəlli deyil.
Saakaşvilini üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Mixail Saakaşvili - Sputnik Azərbaycan, 1920, 02.10.2021
DÜNYA XƏBƏRLƏRİ
İrakli Kobaxidze: Saakaşvili Gürcüstana dövlət çevrilişi etməyə gəlib
Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, şəxsən və ölkə rəhbərliyinin köməyi ilə həbs olunmuş Ukrayna vətəndaşının, Gürcüstanın sabiq prezidentinin qaytarılmasına çalışacaq.
Saakaşvili Rustavidəki 12 saylı penitensiar müəssisədə (Tbilisidən 30 km aralı) saxlanılır. Özünü siyasi məhbus hesab etdiyindən başladığı aclığı davam etdirir.
Saakaşviliyə həbsdə baş çəkən müxalif "Vahid Milli Hərəkat"ın üzvü Yekaterina Xerxeulidze deyib ki, onun kamerasında nə televizor, nə də başqa informasiya mənbəyi var.
Xerxeulidze Saakaşviliyə seçkilər barədə son məlumatları və Zelenskinin sözlərini çatdırıb.
Partiya fəalı Saakaşvilinin aclığı dayandırmayacağını, buna görə heç kimin narahat olmaması xahişini çatdırıb. O həmçinin deyib ki, sabiq prezident saxlanılıb həbsxanaya gətirilərkən onunla qaba davranılmadığını vurğulayıb: Saakaşvili dedi ki, onu saxlamağa gələn polislərin hər biri onunla selfi çəkib.
Bu arada sabiq prezidentin Gürcüstan ərazisinə necə keçməsi barədə versiyalar səslənir. Məsələn, CNews portalı öz mənbələrinə istinadən bildirir ki, Saakaşvili Gürcüstana Poti vasitəsilə treylerdə gəlib.
Михаил Саакашвили, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Saakaşvili həbsxanada aclığa başladı
"Saakaşvilini Gürcüstana Elquca Tsomaya gətirib, Tsomaya Abaşdandır", - sürücünün qohumu nəşrə bildirib və əlavə edib ki, Elquca daim Ukraynaya Gürcüstandan göyərti daşıyır.
Saakaşvilinin vəkilləri isə güc strukturlarının onun ölkəyə necə gəlməsindən hələ də xəbərsiz olduğunu deyiblər.
Tbilisidə Mixeilə evində qalmağa şərait yaradan mənzil sahibini isə saxlayaraq ona qarşı cinayət işi açıblar - ağır cinayət barədə xəbər verməməyə görə o, 1 ildən 4 ilədək həbsdə yata bilər.
Xəbər lenti
0