DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrakli Kobaxidze: Saakaşvili Gürcüstana dövlət çevrilişi etməyə gəlib

© Sputnik / Aleksey VitvitskyMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
BAKI, 2 oktyabr - Sputnik. Keçmiş prezident Mixeil Saakaşvili Gürcüstanda dövlət çevrilişi etmək istəməkdə günahlandırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı ölkəyə dövlət çevrilişini həyata keçirmək və iğtişaşlar törətmək üçün qayıdıb: “Buna müvafiq olaraq, hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısınıa almaq üçün bütün tədbirləri gördü”.
Qeyd edək ki, M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cümə günü axşam keçirdiyi xüsusi brifinqdə bu barədə deyib:
"Bildirmək istəyirəm ki, Gürcüstanın üçüncü prezidenti, axtarışda olan Mixeil Saakaşvili saxlanılıb və artıq penitensiar müəssisəyə göndərilib".
O qeyd edib ki, Gürcüstanın hüquq-mühafizə orqanları Saakaşvilinin Ukraynadan Gürcüstanadək olan yerdəyişməsi barədə ilkin informasiyaya malik idilər, proses tam onların nəzarəti altında idi.
"Müvafiq tədbirlər görülürdü, idarələr birgə işləyirdilər, onun həbsinə təsir edə biləcək amillərin azaldılması üçün uyğun vaxt və yer seçilmişdi", - Qaribaşvili deyib.
Saakaşvili saxlanılmazdan öncə sosial şəbəkələrdə Gürcüstan sakinlərinə müraciət yayıb. O deyib ki, gürcü xalqına kömək etməyə gəlib və onları qorxmamağa səsləyib.
"Böyük ehtimalla indi məni Tbilisidə saxlayacaqlar. Ancaq demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçkiyə qatılın. Öz səsinizi verin və biz oktyabrın 3-də birlikdə bayramımızı qeyd edək. Gəldim ki, sizə kömək edəm, başqa seçimimiz yox idi. Heç nədən qorxmuram və sizi də qorxmamağa səsləyirəm", - Saakaşvili Facebook səhifəsində paylaşdığı videomüraciətdə deyib.
Xəbər lenti
0