https://sputnik.az/20210922/Xankendiye-ve-ya-Xankendine-terefler-teslim-olmaq-niyyetinde-deyiller-427990445.html
“Xankəndiyə” və ya “Xankəndinə”: tərəflər təslim olmaq niyyətində deyillər
“Xankəndiyə” və ya “Xankəndinə”: tərəflər təslim olmaq niyyətində deyillər
Sputnik Azərbaycan
Azərbaycanın “Xankəndi şəhərinin adı yönlük halda “Xankəndiyə” ya “Xankəndinə”, çıxışlıq halda isə “Xankəndidən” ya “Xankəndindən” kimi yazılmalıdır?" sualının... 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T20:50+0400
2021-09-22T20:50+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
yazarlar
xankəndi
dilçilik
problem
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41567/09/415670914_0:0:3641:2048_1920x0_80_0_0_baaaa44647735e79522c8af354e7c901.jpg
“Xankəndiyə” və ya “Xankəndinə” mövzusunda bir müddət öncə sosial şəbəkədə başlayan polemika sözün əsl mənasında qısamüddətli savaşa çevrildi. Özü də bu mövzu əvvəl də bir neçə dəfə mübahisə predmeti olsa da, tərəflər təslim olmaq niyyətində deyillər.Sualın birmənalı cavabı yoxdurAzərbaycanın "Xankəndi şəhərinin adı yönlük halda “Xankəndiyə” ya “Xankəndinə”, çıxışlıq halda isə “Xankəndidən” ya “Xankəndindən” kimi yazılmalıdır?" sualının birmənalı cavabının olmadığı aşkarlandı.Qızğın mübahisələrdə top-tüfəngdən başqa hər bir vasitəyə əl atıldı. Neçə müddətdir, Xankəndi sözünü necə hallandırmaq sualının cavabı axtarılır, amma tapılmır. Erməninin sıx məskunlaşdığı, üstəlik də Stepanakert adlandırdığı Xankəndi şəhərinə rahat gedib-gələcəyi günü səbirsizliklə gözləyən Azərbaycan vətəndaşı bəri başdan onu doğru-düzgün hallandırmaq barədə düşünməyə bilməz. Yəqin, elə bu kiçik döyüş meydanında gedən savaşın gərginliyi də buna bağlıdır.Nəsimi adına Dilçilik İnstitutu: “Xankəndinə” , “Xankəndindən”Xankəndi sözünün hallanması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Hələ 3 il öncə Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü mətbuata verdiyi açıqlamada toponimlərin yazılışında fərq olduğunu bildirib. Təranə Şükürlü Xankəndi sözünün ikinci növ ismi birləşmədə olan toponim olduğunu, ona görə də burada hallanmanın başqa cür baş verdiyini qeyd edib. Şöbə müdirinin fikrincə, doğru şəkildə söz hallandıqda “n” bitişdirici samiti əlavə edilir, daha sonra hal şəkilçisi sözə qoşulur, yönlük halda artıq olur Xankəndinə.Şükürlü çıxışlıq halda da eyni qaydanın keçərli olduğunu vurğulayıb. Yəni bitişdirici samit əlavə edilir və ardınca -dan şəkilçisi - Xankəndindən.Elə bu günlərdə yaranan mübahisə prosesində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu da “Xankəndinə” , “Xankəndindən” yazılış formalarının doğru olduğunu bildirib. Alimin fikrincə, vahid söz kimi hallanan toponimlər olsa da, “Xankəndi” başqa cür hallanır, çünki burada ənənəvi deyiliş forması rol oynayır.Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi: “Xankəndiyə”, “Xankəndidə”Fərqli fikirləri Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva səsləndirib. Əliyevanın fikrincə, Xankəndi elə “Xankənidiyə” kimi hallanmalıdır. Bunun ardınca mətbuata açıqlama verən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk də eyni fikri səsləndirib. Şahlar Göytürk bu barədə qəti qərarın “Xankəndiyə” formasının düzgün variant olduğunu qeyd edib. Alimin fikrincə, bu bütöv bir söz, mürəkkəb isimdir, bir vurğu altında deyilir, tələffüz olunur. Göytürk saitlə bitən sözlərə ismin hal şəkilçisini əlavə etdikdə -ya, -yə şəkilçisindən istifadə edilməli olduğunu qeyd edib. Dili yaxşı mənada duyan insan “Xanbağıya” deməz, yəqinBir sözlə, Dilçilik İnstitutu ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin arasında fikir ayrılığı var. Həm müzakirə zamanı, həm də müxtəlif dilçilərin internetdə bildirdiyi fikirlərin hər birində bir məntiq var. “Xankəndiyə” tərəfdarları daha çox gənclərin arasında yer alıb. Sadə bir yanaşmadır: əgər söz Şəkiyə, Bakıya, Qubadlıya kimi hallanırsa, mürəkkəb söz olan Xankəndi də bu qaydada hallanmalıdır. Əgər Xanın kəndi olsaydı, onda Xanın kəndinə kimi hallanardı. Bəli, burada mənsubiyyət forması qalmaqdadır, amma bir çox toponim və adlar da elə – ya, -yə əlavə edilməklə hallanır. Məsələn, Pirallahıya, Koroğluya. Burada heç bir sual yaranmır.Amma fərqli sözlər də var. Məsələn, Xanbağı, Xanşəhəri, Xanevi, Şahkəndi, Əlikəndi, Vəlikəndi kimi. Dili yaxşı mənada duyan insan “Xanbağıya” deməz, yəqin. Heç yaxşı səslənmir də. Mənsubiyyət forması daha dəqiq duyulan sözlər də var. “Quşəppəyi”, “Dağkeçisi”, “Dünyagörüşü”, “Əminəvəsi”, “Xalaqızı”, “Bibioğlu” kimi sözlərin hallanması elə “n” əlavə edilməklə baş verir.Dilimiz itməyib, onu qoruyub saxlayan da az deyilSoyadlarla bağlı da problem duyulur. Azərbaycan soyadlarında - soy, - zədə, -oğlu formalarından istifadə edilir. Hər biri kiminsə nəslinə aid olduğunu ifadə edir.Əgər Çingizzadəyə və ya Əlisoya kimi hallanmaq sual doğurmursa, Fərəməzoğlu sözündə artıq problem duyulur. Fərəməzoğluya deyilişi o qədər də xoş gəlmir, üstəlik də bəzən başqa problem yaranır. Bəzi ictimai fiqurlar, ya da jurnalistlər bir soyadında olmasına baxmayaraq, adətən atasının adından imza kimi yararlanırlar. Məsələn, Adil Əlioğlu imzasını götürək. Əlioğlu soyad deyil, birbaşa mənsubiyyət ifadə edir. Yəni Adil Əlinin oğludur, deməli, Adil Əlioğluna kimi hallanmalıdır.Sosial şəbəkədə gedən bu kiçik “müharibə”də bir çox maraqlı fikrə, əsaslı arqumentə rast gəlinir. Bir-birini təhqir edən də olur, söyən də, amma Azərbaycan dilinə bu cür möhtəşəm yanaşma, qaydaların dərindən araşdırılması öz-özlüyündə yaxşı göstəricidir. Yəni dilimiz itməyib, onu qoruyub saxlayan da az deyil.Fonetik birikmə tam başa çatmayıb“Xankəndinə” və ya “Xankəndiyə” kimi hallanmalıdır? Ən maraqlı fikrə filologiya elmləri doktoru, professor, dilçi-alim Yusif Seyidovun “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kitabında rast gəlinir.Yusif Seyidovun fikrincə, mürəkkəb sözlərin işlədilməsində belə ikili məqam çoxdur: külqabına - külqabıya, qəndqabına - qəndqabıya, kəklikotuna - kəklikotuya, itburnuna - itburnuya... Belə dil vahidləri içərisində konkretləşən sözlər də var. Məsələn, ayaqqabıya deyirik, ayaqqabına yox. Bu nə ilə əlaqədardır? Bəzi dil vahidləri mürəkkəb söz kimi tam formalaşıb, yəni mürəkkəb sözün komponentləri fonetik baxımdan tam birikdiyi üçün onlarda sadə sözlərdəki kimi –ya, yə şəkilçisi işlənir.Yəni bəzi mürəkkəb sözlərdə fonetik birikmə tam başa çatmadığı üçün (kəklik otu – kəklikotu, Xan kəndi – Xankəndi və s.) belə ikili standarta rast gəlinməsi təbiidir.Olduqca maraqlı fikirdir, Xankəndi sözü hələ də tam olaraq mürəkkəb söz kimi formalaşmayıb, fonetik birikmə başa çatmayıb, deməli, sözün ikili qaydada işlədilməsi yolveriləndir. Özü də ikili formalar tək Azərbaycan dilində deyil, bir sıra başqa dillərdə də mövcuddur. Deyək, rus dilində kəsmik sözü, yəni “tvoroq” iki cür vurğu ilə işlədilir. Bu, qaydalarda da öz əksini tapıb. Son illərdə rus dilində “kofe” sözü ilə bağlı ikili standartın olduğu rəsmi qəbul edilib. Ədəbi normada söz kişi, danışıqda isə həm kişi, həm də orta cinsdə işlədilə bilər.Deyiliş formasında elə Xankəndinə, Xankəndindən olubDil qaydaları, ədəbi norma Quran kəlamı deyil, dayanmadan yenilənmə prosesi gedir. Alimlər də qayda fikirləşmirlər. Xalqın dilində nə varsa, o da normaya çevrilir. 15 il öncə “kompyuter” kimi yazılan söz bu gün “kompüterə” çevrilib, çünki nə mətbuat, nə də insanlar ilk yazılışı qəbul etmədilər. Nəticədə norma dəyişdi. Dildə gedən prosesləri araşdırmaq üçün təşkil edilən ekspedisiyalarda müxtəlif bölgələrdə hələ də saxlanılan formalar araşdırılır, folklor nümunələri toplanılır. Deyək, bizim oxuduğumuz “Koroğlu” dastanı ədəbi normaya uyğunlaşdırlıb, amma ilkin versiyada nə qədər maraqlı ifadə, forma var.Möhsün Nağısoylu bir məsələdə haqlıdır: ənənəvi deyiliş formasında elə Xankəndinə, Xankəndindən olub. Yəni yaşlı nəslin insanları bunu yaxşı xatırlayarlar. Amma bu dövrdə artıq sözün də formalaşmasında bir proses gedib. Özü də əgər 50 il öncə televiziya və radioda eyni qayda, eyni forma vardısa, hazırda müxtəliflik duyulur. Hərə bir istədiyi qaydanı ortaya qoyur. Hətta məktəb dərslikləri də bəzən qarışıq formada dərc olunur. Bu gün hamı “gələcəm”, “gedəcəm” deyir və yazır. Orta məktəb dərsliyində də bu sözlərə rast gəlmək olur. Amma ədəbi normada belə bir forma yoxdur. “Gələcəyəm”, “gedəcəyəm” olmalıdır. Zaman tələsdirir deyə, ixtisar qaçılmaz olur bəzən. İndiki gənc nəsil daha sadə formaya üstünlük verir. Çoxu deyir, heç sözə görə televizora baxmırıq, elə sosial şəbəkədə nə tutduq, elə odur.***Hələ Rostov Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığım dövrdə rus dilində bəzi sözlərin yazılışı barədə müəllimə müraciət etdikdə deyirdi, nə edək, belə yazılır, belə qəbul edilib, başınızı yormayın, bunu sadəcə qəbul edin.***Xankəndi sözünün ikili qaydada hallanmasını istəsək də, istəməsək də qəbul etməliyik. Zaman ötər, söz oturuşar, Xankəndi şəhərində bir elmi konfrans qurub sözü necə hallandırmaq barədə qərar verərik.Eləcə də oxuyun:Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?Təlimdən təlimə qaçanlar: insan var, oxuduğu üzrə hələ də real iş görməyibGözlərimizi və qulaqlarımızı yağır edənlərdən necə qurtulmalı?Dünya şöhrətli azərbaycanlı alim vəfat edib""Kitabi Dədə Qorqud"un Günbəd əlyazması" kitabı nəşr olunub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
İsmayıl Rafiqoğlu
https://cdnn1.img.sputnik.az/img/40414/88/404148863_518:0:1768:1249_100x100_80_0_0_f5ba2b880d60b96d55213233fb90834a.jpg
İsmayıl Rafiqoğlu
https://cdnn1.img.sputnik.az/img/40414/88/404148863_518:0:1768:1249_100x100_80_0_0_f5ba2b880d60b96d55213233fb90834a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41567/09/415670914_379:0:3110:2048_1920x0_80_0_0_0cd84f03224939a78cbae6c4b85c0b2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İsmayıl Rafiqoğlu
https://cdnn1.img.sputnik.az/img/40414/88/404148863_518:0:1768:1249_100x100_80_0_0_f5ba2b880d60b96d55213233fb90834a.jpg
xəbərlər, xankəndi, dilçilik, problem, azərbaycan
xəbərlər, xankəndi, dilçilik, problem, azərbaycan
“Xankəndiyə” və ya “Xankəndinə” mövzusunda bir müddət öncə sosial şəbəkədə başlayan polemika sözün əsl mənasında qısamüddətli savaşa çevrildi. Özü də bu mövzu əvvəl də bir neçə dəfə mübahisə predmeti olsa da, tərəflər təslim olmaq niyyətində deyillər.
Sualın birmənalı cavabı yoxdur
Azərbaycanın "Xankəndi şəhərinin adı yönlük halda “Xankəndiyə” ya “Xankəndinə”, çıxışlıq halda isə “Xankəndidən” ya “Xankəndindən” kimi yazılmalıdır?" sualının birmənalı cavabının olmadığı aşkarlandı.
Qızğın mübahisələrdə top-tüfəngdən başqa hər bir vasitəyə əl atıldı. Neçə müddətdir, Xankəndi sözünü necə hallandırmaq sualının cavabı axtarılır, amma tapılmır. Erməninin sıx məskunlaşdığı, üstəlik də Stepanakert adlandırdığı Xankəndi şəhərinə rahat gedib-gələcəyi günü səbirsizliklə gözləyən Azərbaycan vətəndaşı bəri başdan onu doğru-düzgün hallandırmaq barədə düşünməyə bilməz. Yəqin, elə bu kiçik döyüş meydanında gedən savaşın gərginliyi də buna bağlıdır.
Nəsimi adına Dilçilik İnstitutu: “Xankəndinə” , “Xankəndindən”
Xankəndi sözünün hallanması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Hələ 3 il öncə Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü mətbuata verdiyi açıqlamada toponimlərin yazılışında fərq olduğunu bildirib. Təranə Şükürlü Xankəndi sözünün ikinci növ ismi birləşmədə olan toponim olduğunu, ona görə də burada hallanmanın başqa cür baş verdiyini qeyd edib. Şöbə müdirinin fikrincə, doğru şəkildə söz hallandıqda “n” bitişdirici samiti əlavə edilir, daha sonra hal şəkilçisi sözə qoşulur, yönlük halda artıq olur Xankəndinə.
Şükürlü çıxışlıq halda da eyni qaydanın keçərli olduğunu vurğulayıb. Yəni bitişdirici samit əlavə edilir və ardınca -dan şəkilçisi - Xankəndindən.
Elə bu günlərdə yaranan mübahisə prosesində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu da “Xankəndinə” , “Xankəndindən” yazılış formalarının doğru olduğunu bildirib. Alimin fikrincə, vahid söz kimi hallanan toponimlər olsa da, “Xankəndi” başqa cür hallanır, çünki burada ənənəvi deyiliş forması rol oynayır.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi: “Xankəndiyə”, “Xankəndidə”
Fərqli fikirləri Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva səsləndirib. Əliyevanın fikrincə, Xankəndi elə “Xankənidiyə” kimi hallanmalıdır. Bunun ardınca mətbuata açıqlama verən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk də eyni fikri səsləndirib. Şahlar Göytürk bu barədə qəti qərarın “Xankəndiyə” formasının düzgün variant olduğunu qeyd edib. Alimin fikrincə, bu bütöv bir söz, mürəkkəb isimdir, bir vurğu altında deyilir, tələffüz olunur. Göytürk saitlə bitən sözlərə ismin hal şəkilçisini əlavə etdikdə -ya, -yə şəkilçisindən istifadə edilməli olduğunu qeyd edib.
Dili yaxşı mənada duyan insan “Xanbağıya” deməz, yəqin
Bir sözlə, Dilçilik İnstitutu ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin arasında fikir ayrılığı var. Həm müzakirə zamanı, həm də müxtəlif dilçilərin internetdə bildirdiyi fikirlərin hər birində bir məntiq var. “Xankəndiyə” tərəfdarları daha çox gənclərin arasında yer alıb. Sadə bir yanaşmadır: əgər söz Şəkiyə, Bakıya, Qubadlıya kimi hallanırsa, mürəkkəb söz olan Xankəndi də bu qaydada hallanmalıdır. Əgər Xanın kəndi olsaydı, onda Xanın kəndinə kimi hallanardı. Bəli, burada mənsubiyyət forması qalmaqdadır, amma bir çox toponim və adlar da elə – ya, -yə əlavə edilməklə hallanır. Məsələn, Pirallahıya, Koroğluya. Burada heç bir sual yaranmır.
Amma fərqli sözlər də var. Məsələn, Xanbağı, Xanşəhəri, Xanevi, Şahkəndi, Əlikəndi, Vəlikəndi kimi. Dili yaxşı mənada duyan insan “Xanbağıya” deməz, yəqin. Heç yaxşı səslənmir də. Mənsubiyyət forması daha dəqiq duyulan sözlər də var. “Quşəppəyi”, “Dağkeçisi”, “Dünyagörüşü”, “Əminəvəsi”, “Xalaqızı”, “Bibioğlu” kimi sözlərin hallanması elə “n” əlavə edilməklə baş verir.
Dilimiz itməyib, onu qoruyub saxlayan da az deyil
Soyadlarla bağlı da problem duyulur. Azərbaycan soyadlarında - soy, - zədə, -oğlu formalarından istifadə edilir. Hər biri kiminsə nəslinə aid olduğunu ifadə edir.
Əgər Çingizzadəyə və ya Əlisoya kimi hallanmaq sual doğurmursa, Fərəməzoğlu sözündə artıq problem duyulur. Fərəməzoğluya deyilişi o qədər də xoş gəlmir, üstəlik də bəzən başqa problem yaranır. Bəzi ictimai fiqurlar, ya da jurnalistlər bir soyadında olmasına baxmayaraq, adətən atasının adından imza kimi yararlanırlar. Məsələn, Adil Əlioğlu imzasını götürək. Əlioğlu soyad deyil, birbaşa mənsubiyyət ifadə edir. Yəni Adil Əlinin oğludur, deməli, Adil Əlioğluna kimi hallanmalıdır.
Sosial şəbəkədə gedən bu kiçik “müharibə”də bir çox maraqlı fikrə, əsaslı arqumentə rast gəlinir. Bir-birini təhqir edən də olur, söyən də, amma Azərbaycan dilinə bu cür möhtəşəm yanaşma, qaydaların dərindən araşdırılması öz-özlüyündə yaxşı göstəricidir. Yəni dilimiz itməyib, onu qoruyub saxlayan da az deyil.
Fonetik birikmə tam başa çatmayıb
“Xankəndinə” və ya “Xankəndiyə” kimi hallanmalıdır? Ən maraqlı fikrə filologiya elmləri doktoru, professor, dilçi-alim Yusif Seyidovun “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kitabında rast gəlinir.
Yusif Seyidovun fikrincə, mürəkkəb sözlərin işlədilməsində belə ikili məqam çoxdur: külqabına - külqabıya, qəndqabına - qəndqabıya, kəklikotuna - kəklikotuya, itburnuna - itburnuya... Belə dil vahidləri içərisində konkretləşən sözlər də var. Məsələn, ayaqqabıya deyirik, ayaqqabına yox. Bu nə ilə əlaqədardır? Bəzi dil vahidləri mürəkkəb söz kimi tam formalaşıb, yəni mürəkkəb sözün komponentləri fonetik baxımdan tam birikdiyi üçün onlarda sadə sözlərdəki kimi –ya, yə şəkilçisi işlənir.
Yəni bəzi mürəkkəb sözlərdə fonetik birikmə tam başa çatmadığı üçün (kəklik otu – kəklikotu, Xan kəndi – Xankəndi və s.) belə ikili standarta rast gəlinməsi təbiidir.
Olduqca maraqlı fikirdir, Xankəndi sözü hələ də tam olaraq mürəkkəb söz kimi formalaşmayıb, fonetik birikmə başa çatmayıb, deməli, sözün ikili qaydada işlədilməsi yolveriləndir. Özü də ikili formalar tək Azərbaycan dilində deyil, bir sıra başqa dillərdə də mövcuddur. Deyək, rus dilində kəsmik sözü, yəni “tvoroq” iki cür vurğu ilə işlədilir. Bu, qaydalarda da öz əksini tapıb. Son illərdə rus dilində “kofe” sözü ilə bağlı ikili standartın olduğu rəsmi qəbul edilib. Ədəbi normada söz kişi, danışıqda isə həm kişi, həm də orta cinsdə işlədilə bilər.
Deyiliş formasında elə Xankəndinə, Xankəndindən olub
Dil qaydaları, ədəbi norma Quran kəlamı deyil, dayanmadan yenilənmə prosesi gedir. Alimlər də qayda fikirləşmirlər. Xalqın dilində nə varsa, o da normaya çevrilir. 15 il öncə “kompyuter” kimi yazılan söz bu gün “kompüterə” çevrilib, çünki nə mətbuat, nə də insanlar ilk yazılışı qəbul etmədilər. Nəticədə norma dəyişdi. Dildə gedən prosesləri araşdırmaq üçün təşkil edilən ekspedisiyalarda müxtəlif bölgələrdə hələ də saxlanılan formalar araşdırılır, folklor nümunələri toplanılır. Deyək, bizim oxuduğumuz “Koroğlu” dastanı ədəbi normaya uyğunlaşdırlıb, amma ilkin versiyada nə qədər maraqlı ifadə, forma var.
Möhsün Nağısoylu bir məsələdə haqlıdır: ənənəvi deyiliş formasında elə Xankəndinə, Xankəndindən olub. Yəni yaşlı nəslin insanları bunu yaxşı xatırlayarlar. Amma bu dövrdə artıq sözün də formalaşmasında bir proses gedib. Özü də əgər 50 il öncə televiziya və radioda eyni qayda, eyni forma vardısa, hazırda müxtəliflik duyulur. Hərə bir istədiyi qaydanı ortaya qoyur. Hətta məktəb dərslikləri də bəzən qarışıq formada dərc olunur. Bu gün hamı “gələcəm”, “gedəcəm” deyir və yazır. Orta məktəb dərsliyində də bu sözlərə rast gəlmək olur. Amma ədəbi normada belə bir forma yoxdur. “Gələcəyəm”, “gedəcəyəm” olmalıdır. Zaman tələsdirir deyə, ixtisar qaçılmaz olur bəzən. İndiki gənc nəsil daha sadə formaya üstünlük verir. Çoxu deyir, heç sözə görə televizora baxmırıq, elə sosial şəbəkədə nə tutduq, elə odur.
Hələ Rostov Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığım dövrdə rus dilində bəzi sözlərin yazılışı barədə müəllimə müraciət etdikdə deyirdi, nə edək, belə yazılır, belə qəbul edilib, başınızı yormayın, bunu sadəcə qəbul edin.
Xankəndi sözünün ikili qaydada hallanmasını istəsək də, istəməsək də qəbul etməliyik. Zaman ötər, söz oturuşar, Xankəndi şəhərində bir elmi konfrans qurub sözü necə hallandırmaq barədə qərar verərik.
Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?
Təlimdən təlimə qaçanlar: insan var, oxuduğu üzrə hələ də real iş görməyib