https://sputnik.az/20210921/ishqal-zamani-mesheler-kutlevi-qirilib-nazir-muavini-427975839.html
İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini
İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini
Sputnik Azərbaycan
"Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib". 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T14:19+0400
2021-09-21T14:19+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
qarabağ
iqtisadiyyat
ekologiya
meşə ərazisi
qırılma
ermənistan
terror
etsn
https://cdnn1.img.sputnik.az/img/42360/41/423604176_0:317:3078:2048_1920x0_80_0_0_66d23b0c992164c8060512de4fff1a31.jpg
BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".Eləcə də oxuyun: Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəmir - Ombudsmandan çağırışŞuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdiMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilibEkoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/41/423604176_347:0:3078:2048_1920x0_80_0_0_1c670ec2ce190dfa3cc13f124dc7f1f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, ekologiya, meşə ərazisi, qırılma, ermənistan, terror, etsn, azərbaycan
xəbərlər, ekologiya, meşə ərazisi, qırılma, ermənistan, terror, etsn, azərbaycan
İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini
14:19 21.09.2021 (Yenilənib: 00:05 17.11.2021) "Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib".
BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini
Vüqar Kərimov bildirib.
Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.
İşğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.
Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.
V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".
Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi