https://sputnik.az/20210916/Ekoloqdan-Nazirliy-aaclar-ksnlrl-bal-qeyri-adi-tklif-427937562.html
Ekoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif
Ekoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif
Sputnik Azərbaycan
Ekoloq Telman Zeynalov meşə sahələrində ağacların qırılmasının qarşısını almaq üçün ETSN-nə təklif verib. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T20:53+0400
2021-09-16T20:53+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
ağac
ağac kəsilməsi
etsn
ekoloq
cərimə
cəza
meşə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/12/424961132_0:340:3019:2047_1920x0_80_0_0_67195de55e3aba64bb5da091bc07b1bd.jpg
BAKI, 16 sentyabr — Sputnik. Ermənilər Qarabağı işğal edəndən sonra xarici şirkətlər bizim əlvan metallarımızı, qızıllarımızı, meşələrimizi talayıblar, çinar və digər ağaclardan çalğı alətləri düzəltmək üçün istifadə ediblər.Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvi Telman Zeynalov bu barədə Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində Facebook vasitəsilə canlı yayımda çıxışı zamanı bildirib.O, hazırda Azərbaycanda meşələrin sayının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərək bəzi rəqəmlərin səhv olduğunu söyləyib:"Deyirlər ki, Azərbaycanda meşə zolaqları artıb, ərazinin 12 faizi meşə sahəsidir. Bu, tamamilə yanlışdır. O vaxt mərhum ekoloq Həsən Əliyev demişdi ki, Azərbaycanın 11 faizi meşə örtüyü ilə təmin olunub. Azərbaycanda oksigen qıtlığı var və bundan xilas olmaq üçün ərazinin 1/3-i meşə örtüyü olmalıdır".T.Zeynalov yaşıllıqlara yüz minlərlə sərmayənin qoyulduğunu, lakin onlara qulluq edilmədiyini deyib:"Niyə havalar isinən kimi ağaclar qurumağa başlayır? Çünki ETSN-in monitorinq qrupu nəzarəti çox zəif həyata keçirir. Görüşəndə deyirlər ki, biz ağacları kəsənləri, qurumasına səbəb olanları cərimə edirik. Onların cərimələri bizim nəyimizə lazımdır?! Həmin şəxsləri məcbur etmək lazımdır ki, meşə zolaqları salsınlar".Eləcə də oxuyun:Xəzər quruyacaq? Ekoloq şok iddiaya aydınlıq gətirdiAzərbaycanda su qıtlığı məsələsi bir kommersiya oyunudur - EkoloqEkspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edirOxçuçayın çirkləndirilməsi məsələsi BMT-də qaldırıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/12/424961132_0:150:3019:2047_1920x0_80_0_0_e61dd45af8dd7a2905dd83e10fb5dcdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ağac, ağac kəsilməsi, etsn, ekoloq, cərimə, cəza, meşə, azərbaycan
xəbərlər, ağac, ağac kəsilməsi, etsn, ekoloq, cərimə, cəza, meşə, azərbaycan
Ekoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif
20:53 16.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Ekoloq Telman Zeynalov meşə sahələrində ağacların qırılmasının qarşısını almaq üçün ETSN-nə təklif verib.
BAKI, 16 sentyabr — Sputnik. Ermənilər Qarabağı işğal edəndən sonra xarici şirkətlər bizim əlvan metallarımızı, qızıllarımızı, meşələrimizi talayıblar, çinar və digər ağaclardan çalğı alətləri düzəltmək üçün istifadə ediblər.
Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvi
Telman Zeynalov bu barədə
Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində Facebook vasitəsilə canlı yayımda çıxışı zamanı bildirib.
O, hazırda Azərbaycanda meşələrin sayının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərək bəzi rəqəmlərin səhv olduğunu söyləyib:
"Deyirlər ki, Azərbaycanda meşə zolaqları artıb, ərazinin 12 faizi meşə sahəsidir. Bu, tamamilə yanlışdır. O vaxt mərhum ekoloq Həsən Əliyev demişdi ki, Azərbaycanın 11 faizi meşə örtüyü ilə təmin olunub. Azərbaycanda oksigen qıtlığı var və bundan xilas olmaq üçün ərazinin 1/3-i meşə örtüyü olmalıdır".
T.Zeynalov yaşıllıqlara yüz minlərlə sərmayənin qoyulduğunu, lakin onlara qulluq edilmədiyini deyib:
"Niyə havalar isinən kimi ağaclar qurumağa başlayır? Çünki ETSN-in monitorinq qrupu nəzarəti çox zəif həyata keçirir. Görüşəndə deyirlər ki, biz ağacları kəsənləri, qurumasına səbəb olanları cərimə edirik. Onların cərimələri bizim nəyimizə lazımdır?! Həmin şəxsləri məcbur etmək lazımdır ki, meşə zolaqları salsınlar".
Xəzər quruyacaq? Ekoloq şok iddiaya aydınlıq gətirdi
Azərbaycanda su qıtlığı məsələsi bir kommersiya oyunudur - Ekoloq
Oxçuçayın çirkləndirilməsi məsələsi BMT-də qaldırıldı