Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" Avrokubok oyununda xal qazandı

© REUTERS / AZIZ KARIMOVИгровой момент в матче группового этапа Лиги конференций между "Карабахом" и "Базелем"
Игровой момент в матче группового этапа Лиги конференций между Карабахом и Базелем - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Matçda xeyli qol şansları olsa da, Qurban Qurbanovun yetirmələri qonaqları üstələyə bilməyiblər. Oyun qolsuz heç-heçə ilə bitib. 
BAKI, 16 sentyabr - Sputnik. Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində cümə axşamı, sentyabrın 16-da ilk matçına çıxıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ağdam klubu Bakı Olimpiya Stadionunda İsveçrənin “Bazel” komandasını qəbul edib.
Matçda xeyli qol şansları olsa da, Qurban Qurbanovun yetirmələri qonaqları üstələyə bilməyiblər. Oyun qolsuz heç-heçə ilə bitib. 
Bununla "Qarabağ"ın hesabında indi 1 xal var.
Qrupun digər görüşü də qolsuz bərabərliklə bitib - “Kayrat”la ev oyununda “Omoniya”ya qalib gələ bilməyib.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu sentyabrın 30-da Kiprdə “Omoniya”ya qarşı keçirəcək.
Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 0:0
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu
Eləcə də oxuyun:
DÇ-2022: Azərbaycan - Portuqaliya matçından kadrlar
Millinin oyunlarından əldə olunan gəlirin bir qismi Qarabağ Dirçəliş Fonduna ianə olunacaq
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала