00:39 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
© Sputnik / Murad Orujov
DÇ-2022: Azərbaycan - Portuqaliya matçında.

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə görüşündə dünən öz meydançasında Portuqaliyaya böyük hesabla uduzub.

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Millimiz Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Portuqaliyalıların hücumları ilı başlayan oyunda hesab 26-cı dəqiqədə açılıb. Brunu Fernandeşin ideal ötürməsini Bernardu Silva qola çevirib. Qonaqlar 31-ci dəqiqədə ikinci qolu vurublar. Bu dəfə Andre Silva adını tabloya yazdırıb. İlk yarı qonaqların 2:0 hesablı qüstünlüyü ilə yekunlaşıb.

Fasilədən sonra 75-ci dəqiqədə isə Portuqlaliya yığması Azərbaycan millisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə Diequ Jota fərqlənərək, matçda son nöqtəni qoyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 13-ə çatdıran Portuqaliya yığması A qrupunda ilk pilləyə yüksəlib. Azərbaycan isə 1 xalla sonuncudur.

Teqlər:
futbol

Digər fotolentlər

Əsas mövzular