https://sputnik.az/20210915/Nizami-Gncvi-linin-nizam-427920330.html
"Nizami Gəncəvi İli"nin nizamı
"Nizami Gəncəvi İli"nin nizamı
Sputnik Azərbaycan
Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi... 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T09:01+0400
2021-09-15T09:01+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
yazarlar
mədəniyyət
elm
nizami
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40700/49/407004957_0:25:2001:1150_1920x0_80_0_0_7032fc864dfe1d6c973ff2a98835ab9b.jpg
BAKI, 14 sentyabr — Sputnik. Yavaş-yavaş yola salmaqda olduğumuz il, "Nizami Gəncəvi İli"dir. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Heç şübhəsiz ki, dahi Nizami bu xalqın övladıdır və ona sahib çıxmaq hər bir Vətən övladının borcudur.Qüdrətli söz və fikir ustadının yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib. Dövlət başçısının Sərəncamına əsasən, il ərizində Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nizami Gəncəvi İli" ilə bağlı tədbirlər planı hazırlayıb. Pandemiya və postmüharibə dönəmində müəyyən tədbirlər keçirilsə də, əsas tədbirlər ilin sonuna planlaşdırılıb.Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin, ancaq ölkənin və dünyanın vəziyyəti məlumdur. Ancaq biz yenə də gözəl işlərə ümidimizi itirməyək.Məsələn, çox sevindirici haldır ki, kitabsevərlərin həsrətlə gözlədiyi VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.Şəxsən bu mənim üçün olduqca xoş xəbərdir. Çünki "Baku International Book Fair 2021" Nizami Gəncəvinin yüksək səviyyəli təqdimatı və təbliği üçün ən münasib tədbirlərdən biridir.***Təəssüf ki, bu günə qədər keçirilən tədbirlərin böyük qismi ürəkaçan deyil. Bu günə qədər ölkəmizdə böyük mütəfəkkirin şanına layiq olmasa da, xırda işbazların güzəranına normal təsir edən böyüklü-kiçikli tədbirlər keçirilib. Bütün bunların Nizami Gəncəvinin mahiyyəti üzrə tanıdılmasına, yenidən və daha düzgün şəkildə mənimsənilməsinə heç bir faydası olmadı. Çox təəssüf ki, Nizami ilə bağlı tədbirləri də fürsətə çevirmək istəyən, onun adından istifadə edib qazanc əldə etmək istəyənlər var.Növcavan kəmfürsətlər, bir-birini təkrarlamaqdan usanmayan qocaman alimi-biəməllər monoqrafiyalar yazdı, qəzetləri, jurnalları, saytları Nizami haqqında yazılan yazılar bəzədi. Amma nə illah elədilərsə, Nizami sözünü, Nizami dühasını mahiyyətinə uyğun şəkildə düzgün təqdim etmədilər. Yəni, ulu Şeyxin yazdıqlarını sosrealizm işığında tərcümə edənlər sayəsində, ustadın fikir dünyasına sovet təfəkkürü ilə boylanmağa məhkum olan xalq, Nizamini "babat aforizmlər" müəllifi kimi tanımağa davam edir.Ümid edirəm ki, Nizaminin doğru təbliği və bundan sonra görüləcək işlər onun adına da layiq olacaq.Nizaminin təkrar tərcüməsi, yaradıcılığının, irsinin orijinallığını qorumaqla tanıdılması təklifimizlə bağlı müjdəli xəbərlər gəlir. Bu təkliflə çıxış edən qələm adamlarına nə qədər istehza edilsə də, təklifə qarşı çıxan qocaman söz adamları, alimlər tapıb çıxarsalar da, dövlət Nizaminin yenidən tərcüməsində maraqlıdır və artıq prosesin başladığını demək olar. İlin sonuna doğru Nizami ilə bağlı planlanan tədbirləri arzulanan və layiqli şəkildə baş tutmasına ümidimiz sonsuzdur.Və ümid edirəm ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan nəşriyyatlarının hər bir Nizami Gəncəvi yaradıcılığına işıq tutan heç olmasa bir kitabla təmsil olunacaq.Oxunmalı kitab: İmmanuel Kant , "Təhsil haqqında"Nəşriyyat: "Mücrü" NəşriyyatıJanr: EsseDili: Azərbaycan diliSəhifə: 75Kitabda təhsil, fiziki tərbiyə, mədəniyyət, ruhun tərbiyəsi, əxlaqi tərbiyə və praktik tərbiyə haqqında Alman fəlsəfəsinin qurucularından İmmanuel Kantın elmi-fəlsəfi esseləri yer alıb. Bu esselərin yazılmasından təxminən iki əsr keçsə də, Kantın düşüncələri, təklifləri və fikirləri faydalı və aktualdır.Həmçinin oxuyun:Mədəniyyətimizin intibahı, ədəbiyyatımızın triumfuHazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40700/49/407004957_113:0:1820:1280_1920x0_80_0_0_7a146f3bd524505f06515e1523e65bfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər, nizami, azərbaycan
xəbərlər, nizami, azərbaycan
"Nizami Gəncəvi İli"nin nizamı
09:01 15.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin.
BAKI, 14 sentyabr — Sputnik. Yavaş-yavaş yola salmaqda olduğumuz il, "Nizami Gəncəvi İli"dir. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Heç şübhəsiz ki, dahi Nizami bu xalqın övladıdır və ona sahib çıxmaq hər bir Vətən övladının borcudur.
Qüdrətli söz və fikir ustadının yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib. Dövlət başçısının Sərəncamına əsasən, il ərizində Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nizami Gəncəvi İli" ilə bağlı tədbirlər planı hazırlayıb. Pandemiya və postmüharibə dönəmində müəyyən tədbirlər keçirilsə də, əsas tədbirlər ilin sonuna planlaşdırılıb.
Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin, ancaq ölkənin və dünyanın vəziyyəti məlumdur. Ancaq biz yenə də gözəl işlərə ümidimizi itirməyək.
Məsələn, çox sevindirici haldır ki, kitabsevərlərin həsrətlə gözlədiyi VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Şəxsən bu mənim üçün olduqca xoş xəbərdir. Çünki "Baku International Book Fair 2021" Nizami Gəncəvinin yüksək səviyyəli təqdimatı və təbliği üçün ən münasib tədbirlərdən biridir.
Təəssüf ki, bu günə qədər keçirilən tədbirlərin böyük qismi ürəkaçan deyil. Bu günə qədər ölkəmizdə böyük mütəfəkkirin şanına layiq olmasa da, xırda işbazların güzəranına normal təsir edən böyüklü-kiçikli tədbirlər keçirilib. Bütün bunların Nizami Gəncəvinin mahiyyəti üzrə tanıdılmasına, yenidən və daha düzgün şəkildə mənimsənilməsinə heç bir faydası olmadı. Çox təəssüf ki, Nizami ilə bağlı tədbirləri də fürsətə çevirmək istəyən, onun adından istifadə edib qazanc əldə etmək istəyənlər var.
Növcavan kəmfürsətlər, bir-birini təkrarlamaqdan usanmayan qocaman alimi-biəməllər monoqrafiyalar yazdı, qəzetləri, jurnalları, saytları Nizami haqqında yazılan yazılar bəzədi. Amma nə illah elədilərsə, Nizami sözünü, Nizami dühasını mahiyyətinə uyğun şəkildə düzgün təqdim etmədilər. Yəni, ulu Şeyxin yazdıqlarını sosrealizm işığında tərcümə edənlər sayəsində, ustadın fikir dünyasına sovet təfəkkürü ilə boylanmağa məhkum olan xalq, Nizamini "babat aforizmlər" müəllifi kimi tanımağa davam edir.
Ümid edirəm ki, Nizaminin doğru təbliği və bundan sonra görüləcək işlər onun adına da layiq olacaq.
Nizaminin təkrar tərcüməsi, yaradıcılığının, irsinin orijinallığını qorumaqla tanıdılması təklifimizlə bağlı müjdəli xəbərlər gəlir. Bu təkliflə çıxış edən qələm adamlarına nə qədər istehza edilsə də, təklifə qarşı çıxan qocaman söz adamları, alimlər tapıb çıxarsalar da, dövlət Nizaminin yenidən tərcüməsində maraqlıdır və artıq prosesin başladığını demək olar. İlin sonuna doğru Nizami ilə bağlı planlanan tədbirləri arzulanan və layiqli şəkildə baş tutmasına ümidimiz sonsuzdur.
Və ümid edirəm ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan nəşriyyatlarının hər bir Nizami Gəncəvi yaradıcılığına işıq tutan heç olmasa bir kitabla təmsil olunacaq.
Oxunmalı kitab: İmmanuel Kant , "Təhsil haqqında"
Nəşriyyat: "Mücrü" Nəşriyyatı
Kitabda təhsil, fiziki tərbiyə, mədəniyyət, ruhun tərbiyəsi, əxlaqi tərbiyə və praktik tərbiyə haqqında Alman fəlsəfəsinin qurucularından İmmanuel Kantın elmi-fəlsəfi esseləri yer alıb. Bu esselərin yazılmasından təxminən iki əsr keçsə də, Kantın düşüncələri, təklifləri və fikirləri faydalı və aktualdır.