Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əhəmiyyət vermədiyimiz simptom ürəkdə problemin siqnalı ola bilər

© Depositphotos.com / Yacobchuk1Сердечный приступ у пожилого мужчины
Сердечный приступ у пожилого мужчины - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Beyinə aparan damarların divarlarında çöküntü yaranan zaman əl və ayaqlarda sanki iynə batırmış kimi hiss olur. 
BAKI, 14 sentyabr - Sputnik. Əllər və ayaqlar qəfildən keyiyirsə, bu, qanda xolesterinin səviyyəsinin çox olmasına işarət edə bilər. Sonuncu artdıqca isə ürək xəstəliklərinin yaranma riski də çoxalır. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Express qəzeti yazır.
Məqalədə qeyd olunur ki, ətrafların keyiməsi və gücdən düşməsi xolesterinin yüksək səviyyəsinin birbaşa simptomları deyil. Yəni onların sözlərinə görə, ateroskleroz arteriyaların piy, xolesterin və digər maddələrlə tutulduğu zaman yaranır. Beyinə aparan damarların divarlarında çöküntü çoxalanda isə əl və ayaqlarda sanki iynə batırmış kimi hiss olur. 
Qanda xolesterinin səviyyəsini öyrənmək yalnız qan analizi sayəsində mümkündür. Ancaq həkimlər deyirlər ki, qanda xolesterinin yüksək olmasına anlaşılmaz nitq, bir gözdə görmənin müvəqqəti itməsi və yaxud üz əzələlərinin problemləri də dəlalət edə bilər.
Mütəxəssislərin fikrincə, yüksək dərəcədə doymuş yağlar və trans yağlar ehtiva edən pəhrizlər bir çox xəstələrdə xolesterinin səviyyəsinə təsir edən amil olub.
Eləcə də oxuyun:
Nevropatoloq baş ağrısının ən təhlükəli altı növünü açıqlayıb
Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də mütləq peyvənd olunmalıdırlar
Həkim pəhriz saxlamadan arıqlamağın ən yaxşı yolunu açıqladı
Xəbər lenti
0