https://sputnik.az/20210826/Mtmadi-ttn-tsts-udan-uaqlar-daha-tez-qocalrlar-427783195.html
Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar
Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar
Sputnik Azərbaycan
Tütün tüstüsünə məruz qalan uşaqlar siqaret çəkməyən valideynlərlə yaşayan həmyaşıdlarından daha çox sağlamlıq problemi ilə üzləşə bilərlər. 26.08.2021, Sputnik Azərbaycan
2021-08-26T23:44+0400
2021-08-26T23:44+0400
2021-08-26T23:44+0400
xəbərlər
səhiyyə
cəmiyyət
siqaret
tütün
uşaq
körpə
yaşlanma
https://cdnn1.img.sputnik.az/img/42374/62/423746269_0:316:3077:2047_1920x0_80_0_0_481088d50326ad522139039368f6f6b5.jpg
BAKI, 26 avqust — Sputnik. Barselonadakı Qlobal Sağlamlıq İnstitutunun mütəxəssislərinə görə, ana bətnində inkişaf zamanı və erkən yaşda tütün tüstüsünün təsiri bioloji yaşlanmanı sürətləndirir. Bu barədə daha ətraflı məlumat "Environment İnternational" jurnalındakı məqalədə dərc olunub.Tədqiqatçılar altı Avropa ölkəsindən 6-11 yaş arası 1173 uşağı seçiblər. Ana bətnində inkişaf zamanı 83, erkən yaşda 103 uşaq tütün tüstüsünə məruz qalıb.Alimlər toxuma, hüceyrə və ya orqanın bioloji yaşını təyin etməyə imkan verən epigenetik saat - DNT markerlərinin toplusundan istifadə ediblər. Məlum olub ki, valideynlərin siqaret çəkməsi uşaqların orqanizminin yaşlanmasını sürətləndirir. Müşahidələr göstərib ki, siqaret çəkmək hətta yetkin insanlarda belə yaşlanmanı sürətləndirir. Yeni məlumatlar onu da göstərir ki, körpəyə və hətta hələ doğulmamış uşağa tüstünün təsiri onun metabolizmini dəyişdirə bilər. Bioloji yaşlanma ürək-damar, neyrobioloji və digər xəstəliklərin artması riski ilə əlaqədardır, buna görə də tütün tüstüsünə məruz qalan uşaqlar siqaret çəkməyən valideynlərlə yaşayan həmyaşıdlarından daha çox sağlamlıq problemi ilə üzləşə bilərlər.Eləcə də oxuyun:Koronavirusun bu simptomlarını başqa xəstəliklə qarışıq salırlarQazlı içkidən kökələn və arıqlayanlar: faydası da var, zərəri dəXolesterin səviyyəsini dərmansız azaltmağın üsulları
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/62/423746269_163:0:2892:2047_1920x0_80_0_0_939db710d046268bfb89f0d92c0294f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, siqaret, tütün, uşaq, körpə, yaşlanma
xəbərlər, siqaret, tütün, uşaq, körpə, yaşlanma
Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar
Tütün tüstüsünə məruz qalan uşaqlar siqaret çəkməyən valideynlərlə yaşayan həmyaşıdlarından daha çox sağlamlıq problemi ilə üzləşə bilərlər.
BAKI, 26 avqust — Sputnik. Barselonadakı Qlobal Sağlamlıq İnstitutunun mütəxəssislərinə görə, ana bətnində inkişaf zamanı və erkən yaşda tütün tüstüsünün təsiri bioloji yaşlanmanı sürətləndirir. Bu barədə daha ətraflı məlumat "Environment İnternational" jurnalındakı məqalədə dərc olunub.
Tədqiqatçılar altı Avropa ölkəsindən 6-11 yaş arası 1173 uşağı seçiblər. Ana bətnində inkişaf zamanı 83, erkən yaşda 103 uşaq tütün tüstüsünə məruz qalıb.
Alimlər toxuma, hüceyrə və ya orqanın bioloji yaşını təyin etməyə imkan verən epigenetik saat - DNT markerlərinin toplusundan istifadə ediblər. Məlum olub ki, valideynlərin siqaret çəkməsi uşaqların orqanizminin yaşlanmasını sürətləndirir.
Müşahidələr göstərib ki, siqaret çəkmək hətta yetkin insanlarda belə yaşlanmanı sürətləndirir. Yeni məlumatlar onu da göstərir ki, körpəyə və hətta hələ doğulmamış uşağa tüstünün təsiri onun metabolizmini dəyişdirə bilər. Bioloji yaşlanma ürək-damar, neyrobioloji və digər xəstəliklərin artması riski ilə əlaqədardır, buna görə də tütün tüstüsünə məruz qalan uşaqlar siqaret çəkməyən valideynlərlə yaşayan həmyaşıdlarından daha çox sağlamlıq problemi ilə üzləşə bilərlər.
Xolesterin səviyyəsini dərmansız azaltmağın üsulları