https://sputnik.az/20210913/inflyasiya-barede-soz-sohbet-qizilin-qiymteini-qaldirdi-427914353.html
İnflyasiya barədə söz-söhbət qızılın qiymətini qaldırdı
İnflyasiya barədə söz-söhbət qızılın qiymətini qaldırdı
Sputnik Azərbaycan
Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin... 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T20:07+0400
2021-09-13T20:07+0400
2021-11-16T20:29+0400
xəbərlər
iqtisadiyyat
qızıl
qiymət
birja
nyu-york
dollar
inflyasiya
abş
fed
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424982960_0:250:3071:1977_1920x0_80_0_0_3718e3858a2b97690e76a7dcc222feda.jpg
BAKI, 13 sentyabr - Sputnik. Bazar ertəsi, sentyabrın 13-də qızılın qiyməti qalxmağa başlayıb. Treyderlər çərşənbə axşamı ABŞ-da inflyasiya barədə məlumatların peyda olacağı vaxtı səbirsizliklə gözləyirlər. Çünki bu, Federal Ehtiyat Sisteminin (FED) sonrakı siyasət istiqamətini təyin etməyə imkan verər. Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, alqı-satqı nəticələrinə əsasən, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçersi bir unsiya üçün 0.21% və ya 3.75 dollar artaraq 1795,85 dollar təşkil edib. Gümüşün dekabr fyuçersi isə 0.2% ucuzlaşaraq bir unsiya üçün 23.852 dollara düşüb.Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər. Bir ay əvvəlki qiymətlərlə müqayisədə (0.5%) avqustda istehlak qiymətlərinin 0.4% artacağı proqnozlaşdırılır. İnflyasiya üzrə məlumatlar FED-in sonrakı addımları barədə investorlar üçün siqnal rolunu oynayır: neqativ statistika FED-in stimullaşdırma tədbirlərinin ixtisarlarının gecikdirilməsi qənaətini gücləndirə bilər. Makrostatistika isə qızılın həssas olduğu dolların məzənnəsinə təsir edə bilər. Qızılın qiyməti həmçinin ötən həftəki 2.3%-lik azalmadan sonra müəyyən korreksiya dinamikası ilə də dəstəklənir: bu, dolların möhkəmlənməsi ilə bağlıdır. Daha bahalı dollar qızılın digər valyutada alışını müəyyən qədər çətinləşdirir.Eləcə də oxuyun:Dünya bazarında neft bahalaşırAvropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? – ekspert şərhiHərbi çevriliş alüminiumun qiymətini kəllə-çarxa qaldırdı: qazanan kim olacaq?Azərbaycanda kriptovalyuta sahəsində hansı işlər görülür? – millət vəkili açıqlayırAzerGold-un xalis mənfəəti artıb
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424982960_0:0:2731:2048_1920x0_80_0_0_9312a5f8959a1340ad11b29b440ecc12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qızıl, qiymət, birja, nyu-york, dollar, inflyasiya, abş, fed, dünya
xəbərlər, qızıl, qiymət, birja, nyu-york, dollar, inflyasiya, abş, fed, dünya
İnflyasiya barədə söz-söhbət qızılın qiymətini qaldırdı
20:07 13.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər.
BAKI, 13 sentyabr - Sputnik. Bazar ertəsi, sentyabrın 13-də qızılın qiyməti qalxmağa başlayıb. Treyderlər çərşənbə axşamı ABŞ-da inflyasiya barədə məlumatların peyda olacağı vaxtı səbirsizliklə gözləyirlər. Çünki bu, Federal Ehtiyat Sisteminin (FED) sonrakı siyasət istiqamətini təyin etməyə imkan verər.
Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, alqı-satqı nəticələrinə əsasən, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçersi bir unsiya üçün 0.21% və ya 3.75 dollar artaraq 1795,85 dollar təşkil edib. Gümüşün dekabr fyuçersi isə 0.2% ucuzlaşaraq bir unsiya üçün 23.852 dollara düşüb.
Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər. Bir ay əvvəlki qiymətlərlə müqayisədə (0.5%) avqustda istehlak qiymətlərinin 0.4% artacağı proqnozlaşdırılır.
İnflyasiya üzrə məlumatlar FED-in sonrakı addımları barədə investorlar üçün siqnal rolunu oynayır: neqativ statistika FED-in stimullaşdırma tədbirlərinin ixtisarlarının gecikdirilməsi qənaətini gücləndirə bilər. Makrostatistika isə qızılın həssas olduğu dolların məzənnəsinə təsir edə bilər.
Qızılın qiyməti həmçinin ötən həftəki 2.3%-lik azalmadan sonra müəyyən korreksiya dinamikası ilə də dəstəklənir: bu, dolların möhkəmlənməsi ilə bağlıdır. Daha bahalı dollar qızılın digər valyutada alışını müəyyən qədər çətinləşdirir.
Avropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? – ekspert şərhi