Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya bazarında neft bahalaşır

© AP Photo / Craig Ruttle Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива
 Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
BAKI, 13 sentyabr — Sputnik. Dünya birjalarında neftin qiymətləri artmaqda davam edir. Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,69 dollar artaraq 73,61 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,67 dollar bahalaşaraq 70,39 dollar olub.
Ötən həftə ərzində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,25 dollar və ya 0,3% çoxdur.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib
Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.
OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.
Həmçinin oxuyun:
Professor: “Bu, iqtisadiyyatın şaxələndirilməsinə mane olur”
Xəbər lenti
0