08:59 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235

Azərbaycanda kriptovalyuta sahəsində hansı işlər görülür? – millət vəkili açıqlayır

RADİO
Qısa URL
23 0 0

Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, aparılan təhlillər müsbət nəticələr verərsə, eyni zamanda ümumdünya üzrə bu məsələdə vahid yanaşma olarsa, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər ediləcək

Tahir Mirkişili: “Bu məsələdə ehtiyatlı yanaşma siyasəti sərgilənir”

Qırğızıstanın maliyyə bazarlarına nəzarət və tənzimlənməsi üzrə dövlət xidməti kriptovalyuta birjalarının tənzimlənməsi qaydalarına dair layihə hazırlayıb. Sənəd ticarət platformalarının statusunu, funksiyalarını, hüquq və vəzifələrini, həmçinin onların vahid dövlət reyestrində məcburi qeydiyyatına dair tələbləri müəyyən edir.

Bəs Azərbaycanda bununla bağlı hansı işlər görülür?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, Mərkəzi Bankda bu istimqamətdə mərkəz yaradılıb: “Xüsusən bu texnologiyaların araşdırılması, təhlil edilməsi və tətbiq edilməsi ilə bağlı müəyyən işlər görülür. Dövlət proqramlarında da rəqəmsal valyutaların tətbiq edilməsi və tənzimlənməsi üçün gələcək tədbirlərin görülməsi ilə bağlı ümumi istiqamətlər də mövcuddur. Amma kriptovalyuta ilə bağlı bütün dünya üzrə hazırda vahid fikir yoxdur. Bu gün mövcud olan kriptovalyutaların arxasında hər hansı dövlət orqanı dayanmır. Ona görə də bu məsələdə ehtiyatlı yanaşma siyasəti sərgilənir. Aparılan təhlillər müsbət nəticələr verərsə, eyni zamanda ümumdünya üzrə bu məsələdə vahid yanaşma olarsa, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər ediləcək”.

Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular