https://sputnik.az/20210913/Daha-bir-mugenni-koronavirusa-yoluxub-Veziyyeti-agirdir-427911372.html
Daha bir müğənni koronavirusa yoluxub: Vəziyyəti ağırdır
Daha bir müğənni koronavirusa yoluxub: Vəziyyəti ağırdır
Sputnik Azərbaycan
Bu barədə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" hesabında paylaşıb. Tanınmış jurnalistin sözlərinə görə, müğənni 10 gün əvvəl COVID-19... 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T18:26+0400
2021-09-13T18:26+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
müğənni
covid-19
koronavirus
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427909791_0:0:1280:720_1920x0_80_0_0_92b113350d2adbce5846a8f40f4badcb.jpg
BAKI, 13 sentyabr — Sputnik. Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" hesabında paylaşıb. Tanınmış jurnalistin sözlərinə görə, müğənni 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub. Vəziyyəti ağırdır."Səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. TƏBİB-lə əlaqə saxlamaq mümkün deyil, bu xəstəxananın da nə qədər "güclü olduğu" hər kəsə bəllidir. Ailəsi çarəsiz qalıb, həyat yoldaşı da xəstəxanaya götürülüb, onun vəziyyəti nisbətən yüngüldür", - deyə Telli Pənahqızı qeyd edib.Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa etmişdir. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.Eləcə də oxuyun:Yaqub Zurufçuya böyrək əvəzedici terapiya başlanıbCOVID-19 statistikası: yoluxan və vəfat edənlərin sayında azalma varKoronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!Çində yeni növ koronavirus infeksiyası ocağı aşkar edilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427909791_160:0:1120:720_1920x0_80_0_0_bde88ba10bfd49cc4322b9205583e21b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, müğənni, covid-19, koronavirus, azərbaycan
xəbərlər, müğənni, covid-19, koronavirus, azərbaycan
Daha bir müğənni koronavirusa yoluxub: Vəziyyəti ağırdır
18:26 13.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Bu barədə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" hesabında paylaşıb. Tanınmış jurnalistin sözlərinə görə, müğənni 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub.
BAKI, 13 sentyabr — Sputnik. Tanınmış müğənni
Səyyad Əlizadə koronavirusa yoluxub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" hesabında paylaşıb. Tanınmış jurnalistin sözlərinə görə, müğənni 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub. Vəziyyəti ağırdır.
"Səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. TƏBİB-lə əlaqə saxlamaq mümkün deyil, bu xəstəxananın da nə qədər "güclü olduğu" hər kəsə bəllidir. Ailəsi çarəsiz qalıb, həyat yoldaşı da xəstəxanaya götürülüb, onun vəziyyəti nisbətən yüngüldür", - deyə Telli Pənahqızı qeyd edib.
Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa etmişdir. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.
Yaqub Zurufçuya
böyrək əvəzedici terapiya başlanıb
COVID-19 statistikası: yoluxan və vəfat edənlərin sayında azalma var