CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaqub Zurufçu dünyasını dəyişdi

© Photo : AZƏRTACYaqub Zurufçu
Yaqub Zurufçu - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Emil Qasımov bildirib ki, koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
BAKI, 13 sentyabr — Sputnik. Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib. Bu barədə Trend-ə "Yeni Klinika"dan məlumat verilib. Sənətçinin yaxın saatlarda vəfat etdiyi bildirilib.
Xatırladaq ki, dünən "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur. Bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə ona hemodiyafiltrasiya adlandırılan fasiləsiz böyrək əvəzedici terapiya başlanıb.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.
Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Allah rəhmət eləsin!
Xəbər lenti
0