https://sputnik.az/20211112/Koronavirusa-qar-peyvndin-lav-faydas-da-varm-427904196.html
Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!
Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!
Sputnik Azərbaycan
Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz... 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T23:37+0400
2021-11-12T23:37+0400
2022-11-12T22:12+0400
xəbərlər
cəmiyyət
səhiyyə
peyvənd
dünya
https://cdnn1.img.sputnik.az/img/42434/84/424348430_0:0:3073:1728_1920x0_80_0_0_559932fb53009465e395be91194f5a27.jpg
BAKI, 12 noyabr — Sputnik. ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər. Bu barədə “PLOS ONE” jurnalında dərc olunmuş məqalədə deyilir.Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Ümumilikdə tədqiqatda səkkiz mindən çox insan iştirak edib.Nəticədə, dərmanın ən az bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15%-dən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub. Qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildiriblər.Həmçinin oxuyun:TURKOVAC Azərbaycanda da tətbiq edilə bilər
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/84/424348430_0:0:2731:2048_1920x0_80_0_0_8683cf1e4e39ec612c3d17f3a39139e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, peyvənd, dünya
Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!
23:37 12.11.2021 (Yenilənib: 22:12 12.11.2022) Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər.
BAKI, 12 noyabr — Sputnik. ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər. Bu barədə “PLOS ONE” jurnalında dərc olunmuş məqalədə deyilir.
Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Ümumilikdə tədqiqatda səkkiz mindən çox insan iştirak edib.
Nəticədə, dərmanın ən az bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15%-dən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub.
Qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildiriblər.