Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio-2020-nin bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

© REUTERS / MARKO DJURICAАзербайджанская спортсменка Ламия Велиева
Азербайджанская спортсменка Ламия Велиева  - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.
BAKI, 5 sentyabr - Sputnik. Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, olimpiya bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq.
Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.
Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Azərbaycan idmançılarının paralimpiya triumfu
Azərbaycan komandası sentyabrın 4-də "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında iştirakını başa vurub. Komandamız bu yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanıb.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.
Raman Saleh Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub.
Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub.
Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
XVI Yay Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.
Həmçinin oxuyun:
* Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
* İlham Əliyev Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançıları təbrik edib
* Birinci vitse-prezident Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
Xəbər lenti
0