CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezident Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
"Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun!".
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Tokio-2020" Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib.Bu barədə Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir.
Birinci vitse-prezidentin instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:
"Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".
Həmçinin oxuyun:
İlham Əliyev Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançıları təbrik edib
Xəbər lenti
0