https://sputnik.az/20210901/ehalinin-70-80-faizi-peyvend-vurdursa-novbeti-dalga-olmayacaq-427824939.html
Əhalinin 70-80 faizi peyvənd vurdursa, növbəti dalğa olmayacaq
Əhalinin 70-80 faizi peyvənd vurdursa, növbəti dalğa olmayacaq
Sputnik Azərbaycan
TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov vaksinasiyadan danışıb. 01.09.2021, Sputnik Azərbaycan
2021-09-01T13:41+0400
2021-09-01T13:41+0400
2021-11-17T00:03+0400
xəbərlər
səhiyyə
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426256474_0:200:3287:2048_1920x0_80_0_0_134faa577b1053f658b90d4df1d56069.jpg
BAKI, 1 sentyabr — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının indikindən daha güclü və ya zəif olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar COVID-19 virusu əleyhinə vaksinasiya prosesində aktiv iştirak etsələr və əhalinin 70-80 faizinin peyvəndləməsi başa çatarsa, virusun növbəti dalğası olmayacaq.Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mətbuata açıqlamasında deyib.Professor bildirib ki, məhdudiyyətlərin tətbiq olunması, yəni bu gündən etibarən kütləvi toplaşma olan yerlərə vətəndaşların yalnız COVID pasportu ilə buraxılması koronavirusa yoluxma sayını azaltmağa hesablanıb: "Koronavirus əleyhinə vaksin vurduranlar xəstəliyi daha yüngül keçirirlər və bu vəziyyəti stabil saxlamağa kömək edir. Ona görə də peyvəndlənməyənlərin bir sıra məkanlara girişi mümkün olmayacaq".A.Qurbanov, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, vətəndaşlar məsələyə kifayət qədər ciddi yanaşmalı və vaksinasiyada iştirak etməlidirlər. Yoluxma sayı sürətlə artır. Əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq, çünki bu, infeksiyaya qarşı kütləvi immunitetin yaranması deməkdir. Həm özümüzü, həm də ətrafımızdakıları qorumaq üçün mütləq vaksinasiyadan keçməliyik.Lakin bir şeyi də unutmaq olmaz ki, peyvənd bizi COVID-19-a yoluxmaqdan yox, xəstəliyi ağır keçirməkdən qoruyur. Peyvənd vurdurmaqdan qorxmaq lazım deyil. Azərbaycanda, eləcə də dünya ölkələrində milyonlarla şəxs peyvənd vurdurub və indiyədək onların arasında fəsadlaşma halı qeydə alınmayıb.Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 805 min 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 113 min 716, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 692 min 24 nəfər təşkil edir.Eləcə də oxuyun:Müasir texnologiyalar koronavirus yaratmağa imkan verir: alim COVID-in mənşəyi haqdaCOVID-19-dan sağalan vaksin vurdurmalıdırmı?ÜST-dən SOS: "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir!İlk dəfə açıqlandı: "Pfizer", "Sinovac"dan 10 dəfə daha artıq anticisim yaradırKoronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu iləAzərbaycanda qeydə alınan "Delta" ştammının təhlükəsi - TƏBİB rəsmisi açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426256474_250:0:2981:2048_1920x0_80_0_0_407511d2bee46117baed631d3f324c36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, azərbaycan
Əhalinin 70-80 faizi peyvənd vurdursa, növbəti dalğa olmayacaq
13:41 01.09.2021 (Yenilənib: 00:03 17.11.2021) TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov vaksinasiyadan danışıb.
BAKI, 1 sentyabr — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının indikindən daha güclü və ya zəif olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar COVID-19 virusu əleyhinə vaksinasiya prosesində aktiv iştirak etsələr və əhalinin 70-80 faizinin peyvəndləməsi başa çatarsa, virusun növbəti dalğası olmayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mətbuata açıqlamasında deyib.
Professor bildirib ki, məhdudiyyətlərin tətbiq olunması, yəni bu gündən etibarən kütləvi toplaşma olan yerlərə vətəndaşların yalnız COVID pasportu ilə buraxılması koronavirusa yoluxma sayını azaltmağa hesablanıb: "Koronavirus əleyhinə vaksin vurduranlar xəstəliyi daha yüngül keçirirlər və bu vəziyyəti stabil saxlamağa kömək edir. Ona görə də peyvəndlənməyənlərin bir sıra məkanlara girişi mümkün olmayacaq".
A.Qurbanov, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, vətəndaşlar məsələyə kifayət qədər ciddi yanaşmalı və vaksinasiyada iştirak etməlidirlər. Yoluxma sayı sürətlə artır. Əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq, çünki bu, infeksiyaya qarşı kütləvi immunitetin yaranması deməkdir. Həm özümüzü, həm də ətrafımızdakıları qorumaq üçün mütləq vaksinasiyadan keçməliyik.
Lakin bir şeyi də unutmaq olmaz ki, peyvənd bizi COVID-19-a yoluxmaqdan yox, xəstəliyi ağır keçirməkdən qoruyur. Peyvənd vurdurmaqdan qorxmaq lazım deyil. Azərbaycanda, eləcə də dünya ölkələrində milyonlarla şəxs peyvənd vurdurub və indiyədək onların arasında fəsadlaşma halı qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 805 min 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 113 min 716, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 692 min 24 nəfər təşkil edir.
- Koronavirusun yeni "lyambda" ştammı artıq otuzdan çox ölkədə aşkarlanıb
Müasir texnologiyalar
koronavirus yaratmağa imkan verir: alim COVID-in mənşəyi haqda
COVID-19-dan sağalan
vaksin vurdurmalıdırmı?
ÜST-dən SOS: "Delta" ştammı
uşaqlar üçün daha təhlükəlidir!
Koronavirussuz səyahət:
hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə