18:30 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (731)
18 0 0

ÜST “lyambda” ştammını maraq kəsb edənlər siyahısına bu il iyunun ortalarında daxil edib. İlk dəfə bu ştamm 2020-ci ilin dekabrında Peruda aşkarlanıb

BAKI, 20 iyul – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronaviriusun “lyambda” ştammının artıq 30-dan çox ölkədə yayıldığını təsbit edib.

Sputnik Azərbaycan bildirir ki, ÜST-ün fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Kerkxovenin sözlərinə görə, bu ştamma daha çox Cənubi və Şimali Amerika ökələrində rast gəlinir.

O qeyd edib ki, ÜST “lyambda” ştammını maraq kəsb edənlər siyahısına bu il iyunun ortalarında daxil edib. İlk dəfə bu ştamm 2020-ci ilin dekabrında Peruda aşkarlanıb.

“Bu, nisbətən cavan variantdir... Bir sıra ölkələrdə, əsasən Cənubi və Şimali Amerikada sirkulyasiya edir, ümumilikdə isə otuzdan çox ölkədə təsbit olunub”, - təşkilatın Twitter hesabından sualları cavablayan Kerkxove deyib.

O əlavə edib ki, təşkilat “lyambda” ştammını diqqətlə müşahidə edir və koronavirusun bu variantının yayılması baədə məlumat almaq üçün ÜST-ə üzv ölkələrlə qarşılıqlı fəaliyyətdədir.

Koronavirusun ştammları 

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (731)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, ÜST

Əsas mövzular