06:55 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (729)
21 0 0

Alimlərdən biri vurğulayıb ki, COVID-19-dan sağalanların koronavirusun yeni variantlarından birinə tutularkən onu ağır keçirməsi şansı çox azdır, əgər onlar vaksin vurdurarlarsa, ümumiyyətlə "gülləkeçirməz" olarlar.

BAKI, 18 iyul - Sputnik. Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, COVID-19-da sağalıb, sonra vaksin vurduranların immuniteti koronavirusdan əla qoruyur. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.

"Xəstəliyi keçirəndən sonra vaksin vurduranların immuniteti onları hazırda məlum olan koronavirus ştammlarından, eləcə də "delta"dan sadəcə xəstəliyi keçirib, ancaq vaksin vurdurmayanlardan, eləcə də xəstələnməmiş, amma vaskin vurdurmuşlardan daha etibarlı qoruyur", - həkim izah edib.

O, həmçinin həmkarlarından birinin COVID-19-dan sağalanların koronavirusun yeni variantlarından birinə tutularkən onu ağır keçirmə şansının az olması, əgər vaksin olunarlarsa, ümumiyyətlə "gülləkeçirməz" olduqları barədə fikirlərini də sitat gətirib.

Rusiyanın bütün bölgələrində "Sputnik V", "EpiVakKorona" və "KoviVak"la vaksinasiya aparılır. Revaksinasiya üçün "Sputnik Layt"dan istifadə edilir.

Koronavirusun ştammları 

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı isə "Delta" adlandırılır.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (729)
Teqlər:
"Delta" ştammı, ştamm, həkim, Rusiya, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular