ABŞ-ın hava zərbəsi nəticəsində həlak olmuş əfqan hərbçisinin qardaşından şok açıqlama

© REUTERS / STRINGERПоследствия американского ракетного удара в Кабуле
Последствия американского ракетного удара в Кабуле - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Kiçik qardaşının sözlərinə görə, Nasir Kabilin işğal olunacağından ehtiyat edirmiş və ABŞ-a yola düşmək üçün paytaxta üz tutub. O artıq sənədlərini hazırlamağa başlayıbmış.
BAKI, 31 avqust — Sputnik. ABŞ-ın hava zərbəsi nəticəsində həlak olmuş əfqan hərbçisi Nasir Necrabi amerikalılarla əməkdaşlıq edirdi və bu ölkəyə getməyi planlaşdırırdı. Bu barədə RİA Novosti-yə onun kiçik qardaşı məlumat verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, 29 yaşlı Necrabi 10 il orduda qulluq edib, eləcə də ABŞ xüsusi təyinatlı qüvvələri ilə əməkdaşlıq edib.
Taliban* Əfqanıstanda irimiqyaslı hücuma başladığı vaxt o, Qəndəharda hərbi xidmətdə olub. Necrabi silahlıların şəhərə daxil olmasından üç gün əvvəl paytaxta gəlibmiş. Qardaşının sözlərinə görə, Nasir Kabilin işğal olunacağından ehtiyat edirmiş və ABŞ-a yola düşmək üçün paytaxta üz tutub. O artıq sənədlərini hazırlamağa başlayıbmış.
Paytaxta hava zərbəsi endirilən vaxt hərbçi əmisinin evində imiş. Onun səkkiz əmisi uşağı isə həmin vaxt küçədə olublar və onların hamısı dünyasını dəyişib. Uşaqların yaşı 2-18 yaş arasında olub.
Necrabinin qardaşı bildirib ki, onunla sonuncu dəfə faciənin baş verdiyi günün gecəsi danışıb və onlar Nasirin gələcək həyatını müzakirə ediblər.
"ABŞ Əfqanıstanda məğlub oldu, həm siyasətdə, həm də müharibədə. İndi onlar günahsız insanları öldürürlər", – deyə həlak olmuş hərbçinin qardaşı bildirib.
Qeyd edək ki, Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub iyirmi illik müharibənin başa çatdığını elan ediblər. Hazırda ölkənin idarəetmə mexanizmi məsələsi müzakirə olunur. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir.
Xatırladaq ki, ötən bazar günü ABŞ pilotsuz təyyarəsi Kabildə bir avtomobilə zərbə endirib. Amerikalı hərbçilərin təsdiqlədiyinə görə, həmin maşında xeyli miqdarda partlayıcı maddə olub ki, bu da aeroporta birbaşa təhdid yaradıb. CNN telekanalının məlumatına görə, hava zərbəsi nəticəsində 9 dinc sakin həlak olub ki, onların da altısı uşaqdır. "Al-Jazeera" kanalı isə qurbanlarının sayının 12 nəfərə bərabər olduğunu bildirib.
* Rusiya və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Həmçinin oxuyun:
* Kabildəki terror aktından sonra amerikalılar dinc insanlara atəş açıblar
Kabil aeroportunun üç girişinə artıq taliblər nəzarət edirlər - KİV
Xəbər lenti
0