04:19 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
DÜNYA
Qısa URL
1771 0 0

Şahidlərin sözlərinə görə, əslində partlayış nəticəsində hadisə yerindəki insanların az bir qismi həlak olub, qalanlarını isə təşviş qapılmış amerikalı əsgərlər qətlə yetiriblər.

BAKI, 31 avqust — Sputnik. Amerikalı hərbçilər avqustun 26-da Kabil aeroportunda baş vermiş terror aktından dərhal sonra dinc insanlara atəş açıblar. Onlar hətta yerə yıxılmış adamlara da mərhəmət etməyiblər. Bu barədə RT kanalına hadisənin şahidləri məlumat veriblər.

"Amerikalılar elə bildilər ki, kütlənin içində kamikadzelər var və havaya deyil, birbaş insanlara atəş açdılar", – deyə insident zamanı xəsarət alanlardan biri bildirib.

Digər şahidlərin sözlərinə görə, "partlayış nəticəsində hadisə yerindəki insanların az bir qismi həlak olub", qalanlarını isə təşviş qapılmış amerikalı əsgərlər atəşə tutublar. Onların sözlərinə görə, amerikalılar aeroportun girişindi çiyin-çiyinə dayanıblarımış və kamikadze onlardan cəmi bir neçə metr aralıda özünü partlada bilərdi. Odur ki, hərbçilər təşvişə qapılıblar.

"Çaxnaşma düşdü, hamı qaçmağa başladı. Yəqin, amerikalılar fikirləşdilər ki, bizim aramızda da partlayış edə biləcək adam var, ona görə də atəş açmağa başladılar. Əslində partlayış nəticəsində ölənlərin sayı az oldu, çünki partlayışın episentri amerikalıların olduğu tərəfdə idi. İnsanlar daha çox yaranmış çaxnaşmada və amerikalıların hər tərəfdən onaları atəşə tutması nəticəsində öldülər", – deyə hadisənin şahidi Şah Can bildirib.

Kabil xəstəxanalarından birinin cərrahı bədənində beş qəlpə və odlu silahdan atəş açılması nəticəsində yaralar olan pasiyenti təsvir edərək bu versiyanı dolayı yolla təsdiqləyib. Həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Qeyd edək i, avqustun 26-da Kabil aeroportunda iki partlayış olub. Hadisənin məsuliyyətini "İslam dövləti" (İŞİD)* qruplaşması öz üzərinə götürüb. Terror aktı nəticəsində 13 amerikalı əsgər və 200 əfqan həyatını itirib.

Avqustun 29-da Amerikanın pilotsuz təyyarəsi Kabildə içindi külli miqdarda partlayıcı maddə olan avtomobili məhv edib. Nəticədə 12 nəfər həlak olub ki, onların arasında uşaqlar da var.

Dünən səhər saatlarında isə İŞİD silahlıları aeroporta 6 raket atıblar. Raketlərdən beşi ABŞ-ın raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

* Rusiyada qadağan olunmuş terror təşkilatı.

Əsas mövzular