Əfqanıstanda adamları qoyub, heyvanları çıxardı

© pixabay / shelma25Немецкая овчарка, фото из архива
Немецкая овчарка, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.08.2021
Abunə olmaq
Fartinqlə heyvanlar üçün Daşkənd üzərindən xüsusi reys təşkil ediblər. Kabil aeroportunadək sığınacaq rəhbərilə heyvanları britaniyalı əsgərlər müşayiət ediblər. 
BAKI, 29 avqust - Sputnik. Keçmiş britaniyalı hərbçi, heyvanlar üçün sığınacağın yaradıcısı Pen Fartinq Kabildən 200 it və pişiyin necə çıxarılmasından danışıb. The Sun-a müsahibəsində Fartinq Əfqanıstandakı sığınacağın işçilərini çıxara bilmədiyini deyib.
Fartinq qeyd edib ki, onun mərkəzinin əməkdaşlarına ölkəni tərk etməyə icazə verməyiblər, çünki onlar Əfqanıstan vətəndaşlarıdır.
"Onları Kabildə qoymaq mənə ağır gəlir. Bəzi əməkdaşlar mənimlə birlikdə aeroporta gəldilər, ancaq onları təyyarəyə minməyə qoymadılar. Qarışıq hisslər keçirirəm. Bir tərəfdən onlarla vidalaşdığıma görə kədərliyəm, bir tərəfdən də sevinirəm ki, heyvanlar salamatdır", - Fatrinq deyib.
Fartinqlə heyvanlar üçün Daşkənd üzərindən xüsusi reys təşkil ediblər. Böyük Britaniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter-də qeyd edib ki, Kabil aeroportunadək sığınacaq rəhbərilə heyvanları britaniyalı əsgərlər müşayiət ediblər. 
Avqustun 27-də Taliban* üzvləri Kabil aeroportunun ərazisinə daxil olublar. İddialara görə, aeroportun müəyyən hissələrinə nəzarət artıq onların əlindədir.
Keçmiş britaniyalı hərbçi Pen Fartinq cəbhədə bir iti xilas etdikdən sonra 2007-ci ildə Kabildə itlər və pişiklər üçün sığınacaq yaratmışdı. Onun bu mərkəzi Əfqanıstanda heyvanların xilası üçün ilk rəsmi sığınacaq idi.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Bayden Əfqanıstanda İD ilə mübarizədə ABŞ hərbçilərə tam ixtiyar verdi
Taliban* həftə ərzində hökumət quracaq
Evinizə xoş gəldiniz! - Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandı
Kabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olub
Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir
İŞİD*-in iki rəhbəri məhv edilib - Pentaqon
Xəbər lenti
0