CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdmançımız yarımfinal və finalda erməni rəqibinə qalib gələrək dünya çempionu olub

© Photo : United World WrestlingHəsrət Cəfərov
Həsrət Cəfərov  - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib.
BAKI, 22 avqust - Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.
Sputnik Azərbaycan Apasport.az saytına istinadən bildirir ki, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundialda çempion tituluna yiyələnib.
Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib. O, rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıblar.
Eləcə də oxuyun:
Tokio-2020: Hacı Əliyev gümüş medal qazandı, Şərif Şərifov bürünc uğrunda döyüşəcək
Xəbər lenti
0