00:35 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İDMAN
Qısa URL
1586 0 0

65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məşğul olub.

BAKI, 7 avqust – Sputnik. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib.

Rəqibinə 4:5 hesabı ilə məğlub olan Hacı Əliyev gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.

7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda kubalı rəqibi Reyneris Salas Pereslə görüşəcək. 

06.08.2021 - 23:44

Tokio-2020: Rafaelin gümüşü, Hacının qızıl ümidi

Tokiodakı Olimpiya oyunlarının növbəti yarış günü Azərbaycan idmançıları üçün dolğun keçdi. Sputnik Azərbaycan bildirir ki, onlar Olimpiya yığmamıza ən azı iki medalı təmin edə bildilər.

Rafaelin gümüşü

Sözsüz ki, Azərnbaycan üçün cümə gününün əsas hadisəsi karatenin əfsanəsi Rafael Ağayevin Tokio Olimpiadasının gümüş medalını qazanması oldu. Onun hesabında dünya, Avropa çempionatlarının müxtəlif əyarlı medalı, o cümlədən beşqat dünya, on bir qat Avropa çempionluğu var. O, həmçinin iki dəfə İslam Oyunlarının, bir dəfə də Avropa Oyunlarının qalibi olub. Bircə Olimpiya medalı çatmırdı, o arzusuna da nail oldu, ancaq təəssüf ki, qızıl deyil, gümüş qazana bildi. Amma istənilən halda Rafael Ağayev bir əfsanə, adını dünya idmanına əbədi yazdırmış dünya karatesinin brilyantıdır.

Olimpiadadakı çıxışını Ağayev Noa Bitçlə (Almaniya) başladı və 2:1 hesabıyla qalib gəldi. Yapon əsilli Avstraliya karateçisi Tsuniari Ahironu isə 5:0 məğlub etdi. Üçüncü görüşündə qazaxıstanlı Eurkanat Ajikanovu məyus edən (3:2) Rafael finalda italyan Luici Busaya 1:0 hesabıyla uduzdu.

Hələ Olimpiya Oyunları başlamamışdan Rafael deyirdi ki, finalda Luici Busa ilə qarşılaşmaq istəyir. Həlledici görüş hər iki atlet üçün gərgin keçdi: nəticəni bircə dəqiq zərbə həll edə bilərdi ki, bu da Busaya qismət oldu.

Yeri gəlmişkən, mükafatlandırma mərasimində zalda hər kəsin Rafaelin adını qışqırmağı da nəzərdən qaçmadı.

Beləliklə, Rafael Ağayev Azərbaycanın Olimpiya millisinə ilk gümüş medalı qazandırdı. İndiyədək Tokioda ancaq üç bürünc medal qazana bilmişdik: cüdoçu İrina Kindzerska (78+), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (77 kq) sayəsində.

Hacı Əliyevin qızıl ümidi

Azərbaycan millisi xoş xəbəri təkcə karatedən almadı. Sərbəst güləş üzrə Olimpiya turnirində üçqat dünya və Avropa çempionu, Rio-2016-nın bürünc nükafatçısı Hacı Əliyev (65 kq) finala çıxdı və sabah qızıl medal uğrunda döyüşəcək.

1/8 finalda Əliyev Seneqal idmançısı Adam Diattaya 4:0 qalib gəldi. Dörddəbir finaldakı rəqibi Daulet Niyazbekovu (Qazaxıstan) 9:1 hesabıyla məğlb edən Hacı yarımfinalda Hindistan təmsilçisi Bayoanq Bayranqı 12.:5 hesabı ilə məyus etdi.

Olimpiya qızılı üçün tatamiyə Hacı şənbə günü, avqustun 7-də çıxacaq. Onun rəqibi isə yapon güləşçi Takuto Otoquro olacaq. Yapon yarımfinalda hazırkı dünya çempionu, Rusiyanı təmsil edən Hacımurad Rəşidovu 3:2 hesabı ilə məğlub edib.

Mariyanın yapon sindromu və Şərifin həmişəki problemi

Olimpiya oyunlarının dəfələrlə mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) yapon sindromundan heç cür qurtula bilmir. O, Olimpiya oyunlarında məhz Yaponiyadan olan rəqiblərinə uduzub. London-2012 və Rio-2016-dakı finallarda bunun şahidi olmuşuq. Eyni halı  Tokioda da gördük. Bu dəfə püşkatmada ona əsas rəqibi Yui Susaki ilə yarımfinalda qarşılaşmaq düşdü, bu görüşü Maşa 0:11 hesabı ilə uduzdu. Ona görə də 2008-ci il Pekin Olimpiadasında olduğu kimi, Mariya Stadnik bürünc medal üçün qüvvəsini sınayacaq.

Stadnik üçün yapon rəqibləri maneədirsə, sərbəst güləşçimiz Şərif Şərifovun (97 kq) əbədi problemi Rusiya təmsilçisi Əbdülrəşid Sadullayevdir. O, Sadullayevə bütün rəsmi beynəlxalq görüşlərin startında uduzur. Tokio da istisna olmadı: onlar 1/8 finalda rastlaşdılar. Şərifov 5:0 uduzdu.

Ancaq Sadullayev finala çıxdığından Şərifov bürünc uğrunda mübarizə aparacaq. Birinci görüşündə Şərifov Gürcüstan təmsilçisi Elizbar Odiakadze ilə qüvvəsini sınayacaq.

Nəhayət, cümə günü gimnastımız Zöhrə Ağamirova da çıxış edib. O, çoxnövçülük təsnifatında dörd kompozisiyanın ifasından sonra 87.800 xal yığaraq 18-ci pilləni tutub. 19 yaşlı gimnastımız üçün bu, ilk Olimpiya Oyunları idi.

Teqlər:
medal, Azərbaycan, Tokio Yay Olimpiya Oyunları

Əsas mövzular