https://sputnik.az/20210820/isci-velosiped-temin-olundu-427743387.html
Bakıda bu işçilər velosipedlə təmin olunacaqlar
Bakıda bu işçilər velosipedlə təmin olunacaqlar
Sputnik Azərbaycan
Paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T17:16+0400
2021-08-20T17:16+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427743334_0:41:1000:606_1920x0_80_0_0_336303db6ec1c1a4b487fb4db50dd026.jpg
BAKI, 20 avqust — Sputnik. Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər:Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılır."Lakin təəssüf ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına, parklara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlər, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhəri çirkləndirir", - deyə məlumatda bildirilib.Qeyd edək ki, belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə yardımçı olmaq məqsədilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.Eləcə də oxuyun:Bakıda böyük təmizlik başlayıb: vaksinasiyaya görə reyd də keçirilirBakıda "Qırmızı kitab"a düşən bəzi ağacları məhv edəcəklərBakı rayonlarının icra başçıları danlandı: Camaatı vaksinasiyaya cəlb etməli
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427743334_0:9:1000:638_1920x0_80_0_0_f45612d003a38c930cde350962335fe9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Bakıda bu işçilər velosipedlə təmin olunacaqlar
17:16 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib.
BAKI, 20 avqust — Sputnik. Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a verilən xəbərə görə, xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər:
"Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır".
Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılır.
"Lakin təəssüf ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına, parklara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlər, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhəri çirkləndirir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə yardımçı olmaq məqsədilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.
Bakıda
böyük təmizlik başlayıb: vaksinasiyaya görə reyd də keçirilir
Bakıda "
Qırmızı kitab"a düşən bəzi ağacları məhv edəcəklər
Bakı rayonlarının icra başçıları danlandı: Camaatı vaksinasiyaya cəlb etməli