CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda böyük təmizlik başlayıb: vaksinasiyaya görə reyd də keçirilir

© The Executive Power of the Baku CityBakıda küçələrin dezinfeksiyası
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
BŞİH və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əhali arasında virus əleyhinə vaksinasiya olunma  səviyyəsinin monitorinqi ilə  bağlı yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə, mənzillərdə  reydlər keçirirlər.
BAKI, 14 avqust — Sputnik. Şənbə günü, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda ümumşəhər dezinfeksiya həftəsi elan edib.
© The Executive Power of the Baku City
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
1/4
© The Executive Power of the Baku City
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
2/4
© The Executive Power of the Baku City
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
3/4
© The Executive Power of the Baku City
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4
Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əhali arasında virus əleyhinə vaksinasiya olunma  səviyyəsinin monitorinqi ilə  bağlı yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə, mənzillərdə  reydlər keçirir, vətəndaşlarla maarifləndirmə işləri apararaq onlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
"Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha  çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər", - BŞİH-in məlumatında deyilir.
Eləcə də oxuyun:
Bakıda "Qırmızı kitab"a düşən bəzi ağacları məhv edəcəklər
Bakıda böyük iməcilik keçirilib
Xəbər lenti
0