Bakı rayonlarının icra başçıları danlandı: Camaatı vaksinasiyaya cəlb etməli

© The Executive Power of the Baku CityMaarifləndirmə
Maarifləndirmə - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
BAKI, 13 avqust — Sputnik. Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir. Bununla əlaqədar paytaxt Bakı şəhərində vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə reydlərə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gün ərzində nümayəndələr sakinlərlə görüşür və mənzillərdə fərdi söhbətlər aparırlar.
© The Executive Power of the Baku City
Maarifləndirmə - Sputnik Azərbaycan
1/4
© The Executive Power of the Baku City
Maarifləndirmə - Sputnik Azərbaycan
2/4
© The Executive Power of the Baku City
Maarifləndirmə - Sputnik Azərbaycan
3/4
© The Executive Power of the Baku City
Maarifləndirmə - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4
Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. İlkin nəticələr onu göstərib ki, bəzi insanlar arxayınlaşaraq vaksinasiya məsələlərinə laqeyd yanaşır və heç də hər yerdə maarifləndirmə işləri lazımı səviyyədə deyil. Bununla əlaqədar işlərin zəif olduğu rayonlara kömək məqsədi ilə məsul əməkdaşlar təyin edilib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra paytaxt rayonları başçılarına iradlar bildirilib, onlara vətəndaşlarla maarifləndirmə və fərdi söhbətlərin aparılması işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktik qaydalara ciddi riayət etməlidirlər.
Həmçinin oxuyun:
Nazir müavini sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən fikirlər barədə
Könüllü vaksinasiyanın məcburiyə çevrilməsi: Nazirlikdən absurd qərar
Xəbər lenti
0